Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyin təmin edilməsi məqsədilə qeydiyyat prosesində “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu barədə ötən 9 ayda görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə komitənin sədri Kərəm Həsənov məlumat verib.

K.Həsənov bildirib ki, bu prinsipin tətbiqi ilə bütün sənədləşdirmə prosesi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqların təyinatından irəli gələn tələblərə riayət olunması ilə bağlı məsələlər bir ünvanda həll olunur. Vətəndaş komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə müraciət etdikdən sonra əvvəlki prosedura əsasən tələb olunan əlavə heç bir sənədləşdirmə işi ilə məşğul olmur və buna vaxt sərf etmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti isə vətəndaşın iştirakı olmadan elektron qaydada fəaliyyətini komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əlaqələndirməklə sənədləşdirmə işini həyata keçirir. Bununla da, torpaqların ilkin qeydiyyatı zamanı bir neçə quruma müraciət etmək, uzun vaxt sərf etmək zərurəti aradan qalxıb.

Qeyd edilib ki, daşınmaz əmlakın qeydiyyatında çeviklik və müasirliyin artırılması məqsədilə 3 SMS xidməti istifadəyə verilib. Ümumilikdə isə komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi 31 elektron xidmət vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 260 minə yaxın elektron müraciət daxil olub. Qeydiyyat sahəsində komitənin sosial tədbiri olan “Kütləvi çıxarış” kampaniyası çərçivəsində 5 mindən çox vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib. Daşınmaz əmlakın qeydiyyatı sahəsində fəaliyyət göstərən mobil ofis xidmətləri vasitəsilə isə respublika üzrə vətəndaşlardan 74 min 500-dən çox müraciət qəbul olunub. Ölkə üzrə torpaqların elektron uçotunun aparılması məqsədilə Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə başlanılıb. Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb. Torpaqların uçotu sistemi və Bakı Kadastr layihəsi Milli Məkan Məlumatları İnfrastrukturunun tərkib hissəsidir. Bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır.

Müşavirədə qeyd olunub ki, bu ilin yanvar-sentyabr aylarında 540-a yaxın kiçik dövlət müəssisə və obyekti, 350-dən çox müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Eyni zamanda, keçirilmiş 37 pul hərracında 18 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib və 360-dan çox qeyri-yaşayış sahəsi və 240-a yaxın torpaq sahəsi icarəyə verilib.

Bildirilib ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib. Bu ilin yanvar-sentyabr aylarında 145 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Hazırda ölkənin bütün ərazisinin elektron kadastr xəritələri hazırlanması istiqamətində işlər aparılır.

Müşavirədə ayrı-ayrı struktur bölmə və qurum rəhbərlərinin görülən işlər barədə çıxışları olub və verilən suallar cavablandırılıb.