Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Oktyabrın 12-də Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa İnvestisiya Bankının vitse-prezidenti Laszlo Baranyayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşün məqsədi Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün investisiya imkanlarının müzakirəsi olub.

Nazir qonağı səmimi salamlayaraq beynəlxalq təşkilatlarla ölkəmiz arasında bir sıra layihələrin həyata keçirilməsi sayəsində sıx əlaqələrin olduğunu bildirib.

Görüşdə nazir Heydər Əsədov 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması, kənd təsərrüfatının inkişafında yeni bir mərhələnin başlanılması, institusional islahatlar və aqrar sahəyə dövlət dəstəyi haqqında ətraflı məlumat verib. Həmçinin əməkdaşlığın iki istiqamətdə inkişafının mümkünlüyü nəzərə çatdırılıb. Bu istiqamətlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan layihələrə və nazirliyin vasitəsilə özəl sektorun inkişafına dəstək vermək aiddir.

Nazir kənd təsərrüfatının gəlirli bir sahə olduğunu nəzərə çatdıraraq bu sahəyə investisiya qoyuluşunu məqsədəmüvafiq hesab edib və prioritet hesab olunan sahələr, xüsusilə hibrid qarğıdalı toxumunun istehsalı və əhaliyə çatdırılması, özəl sektorda emal müəssisələrinin yaradılması, yeni suvarma sistemləri avadanlıqlarının quraşdırılması, böyük heyvandarlıq komplekslərində süd emalı müəssisələrinin yaradılması və digər təklifləri irəli sürüb.

Heydər Əsədov Avropa İnvestisiya Bankı ilə əməkdaşlığa önəm verildiyini, aqrar sahədə yeni layihələrin həyata keçirilməsində nazirliyin maraqlı olduğunu bildirib və ölkəmizdə bu sahədə əlverişli investisiya mühitinin olduğunu qonağın diqqətinə çatdırıb.

Avropa İnvestisiya Bankının vitse-prezidenti Laszlo Baranyay Azərbaycanın bölgədə önəmli bir ölkə olduğunu və kənd təsərrüfatının inkişafı üçün böyük potensialın mövcudluğunu vurğulayıb. O, eyni zamanda, Avropa İnvestisiya Bankının fəaliyyət istiqamətləri və qonşu ölkələrdə həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.

Laszlo Baranyay ayrılan kreditlərin uzunmüddətli olduğunu, dövlət zəmanətinin tələb olunmadığını bildirərək, yeni layihələrin həyata keçirilməsində öz səylərini əsirgəməyəcəyini söyləyib.