Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Bakı Metropoliteninin yeraltı yollarında tunel geyimi müxtəlif korroziya əleyhinə boyaq maddələri ilə rənglənir. Metropolitendə boyaq maddələrinin sınanması və tətbiqi xüsusi işlənmiş proqram əsasında aparılır. Yoxlamaların keyfiyyətini təmin etmək məqsədilə müvafiq texniki təchizat bazası yeni nəsil cihazlarla əsaslı şəkildə yenidən qurulub.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, material üzərindəki örtüyün qalınlığının təyin edilməsi (“PosiTector 200”) ağac, beton, plastik, metallar, kompozit və bir çox digər materialların üzərindəki 3 fərqli örtük təbəqəsini eyni zamanda qiymətləndirməyə imkan verir. Boyaq vurulmazdan tunel geyiminin metal səthi korroziya təsirlərindən təmizlənməlidir. Səth boyaq üçün təmizlənmədən cihazlardan biri ilə (“PosiTector UTG M”) divar qatının qalınlığı ölçülür. Boyama üçün təmizlənmədən sonra başqa bir cihaz (“PosiTector 6000 SPG”) səthin hamarlığı və korroziya qalıqlarının miqdarını təyin edir.

Mühit boyaya əsas təsir qüvvəsidir. Onu (“PosiTector 6000 DPM”) öyrənən cihaz “şeh nöqtəsi”ni, eləcə də havanın hərarəti, metal səthin öz hərarəti, nisbi rütubəti təyin etməyə imkan verir. Maqnit üsulu ilə cihaz (maqnitli “PosiPen”) boyağın qalınlığının təyin edilməsi, təkrar boyamanın həddi, kəmiyyəti, miqdarını təyin etmək üçün vacibdir. Beləcə, itkilərin qarşısı alınır, keyfiyyət tam təmin edilir və effektivliklə boyağın uzunmüddətli təsiri təmin edilir.