Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Nobel mükafatı laureatı, Arizona Dövlət Universitetinin (ABŞ) professoru Edvard K.Preskott sentyabrın 9-da Bakıda Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) konfransındakı çıxışında bildirib.

Nobel mükafatı laureatı Qərbi Avropa, Amerika ölkələri, Şərq ölkələri və Azərbaycan haqqında fikirlərini söyləyib. O bildirib ki, bir çox Qərbi Avropa ölkələrində insanlar dövlətdən yardım şəklində pul aldıqlarına görə onlarda tənbəlləşmə gedir, orada işləmək işləyənlərin sayı azalıb. Bu isə dövlət siyasətinin nəticəsidir. İqtisadiyyatdan daha önəmli məsələ dövlətin apardığı siyasətdir.

Azərbaycanla bağlı fikirlərini söyləyən E.Preskott ölkəmizin son 10 il ərzindəki durumuna diqqəti yönəldərək bildirib ki, Azərbaycan əhalisi hər il digər ölkələrə nisbətən daha zənginləşir. Bir müddət sonra, son texnologiyaların daha geniş tətbiqi sahəsində Azərbaycan artıq dünya bazarında güclü rəqabət aparan dövlətlərdən biri olacaq.

Nobel mükafatçısı bildirib ki, Latın Amerikası ölkələri - Braziliya, Argentina, Çili və s. vəziyyət getdikcə pisləşir. Avropa ölkələri - İspaniya, İtaliya, Yunanıstan iqtisadi cəhətdən geriləyirlər. “Lakin qeyd etmək istəyirəm ki, Asiya ölkələrində vəziyyət yaxşılaşmağa doğrudur. Azərbaycan və Qazaxıstanda isə xüsusilə gözəl inkişaf var”,- deyə Edvard Preskott vurğulayıb.

Konfransın ikincı gününə moderatorluq edən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin prezidenti, “World Customs Journal”ın (Ümumdünya Gömrük Jurnalı) baş redaktoru Devid Viddouson tədbirin yüksək səviyyədə təşkil edildiyi üçün Azərbaycan Gömrük Komitəsinə təşəkkürünü bildirib.

Tədbirdə Avstraliya Gömrük Xidmətinin nümayəndəsi Nikolas Hamfris “Qlobal dəyər zəncirləri, sərhəd idarəçiliyi və Avstraliya ticarəti”, Leven Qlobal İdarəçilik Araşdırmaları Mərkəzinin nümayəndəsi Dilan Qeraets “Mənşə qaydaları ilə qlobal dəyər zəncirlərin uyğunlaşdırılması: islahatın xeyrinə dəlillər” adlı məruzələrlə çıxış ediblər.

Plenar sessiyada Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının baş direktoru Taleh Ziyadovun moderatorluğu ilə keçirilən müzakirədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi,

gömrük xidməti general-mayoru İqbal Babayev “Azərbaycan Dövlət Gömrük Komitəsi Gömrük işinin innovativ inkişaf layihələrinin idarə edilməsi: Azərbaycan gömrüyünün təcrübəsi” mövzusunda çıxış edib. Daha sonra Qanunvericilik və Müqayisəli Hüquq İnstitutundan Valeriya Yermakovanın, Şanxay Gömrük Kollecindən Min Vanqın çıxışları dinlənilib.