Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

“İqtisadiyyat” qəzetinin oxucularına


Qəzetimizin 30 may-5 iyun və 6-12 iyun 2014-cü il tarixli nömrələrində AMEA İqtisadiyyat İnstitutunun Baş elmi işçisi, iqtisad elmləri doktoru, professor Ağadadaş Qafarovun və İnstitutun Aparıcı elmi işçisi iqtisad üzrə fəlsəfə doktoru dosent İlkin Soltanlının «Технологическое развитие и маркетинг» adlı məqaləsi rus dilində dərc olunmuşdur. Məqalənin iqtisadi inkişafımız üçün aktual olan mövzulardan birinə həsr olunduğunu və redaksiyaya ölkənin nüfuzlu elmi mərkəzlərindən biri tərəfindən təqdim edildiyini nəzərə alaraq onun tam həcmdə, qəzetin 2 nömrəsində dərc edilməsi məqsədəuyğun hesab edilmişdir. Lakin İqtisadiyyat İnstitutunun rəhbərliyi tərəfindən redaksiyamıza daxil olmuş müraciətdə təəssüf hissi ilə qeyd edilir ki, İqtisadiyyat İnstitutunda aparılan müzakirələrin gedişində A.Qafarovun və İ.Soltanlının sözügedən məqaləsinin tam plagiat olduğu, 2008-ci ildə Rusiyada dərc edilmiş bir kitabdan köçürüldüyü üzə çıxmışdır. Müraciətdə bildirilir: “İqtisadiyyat İnstitutunun rəhbərliyi və bütün kollektivi bunu “İqtisadiyyat” qəzetinin oxucularına, iqtisadçılarımıza və bütövlükdə ictimaiyyətimizə qarşı hörmətsizlik və etinasızlıq kimi, Alim adına yaraşmayan, İnstitutun elmi nüfuzuna kölgə salan bir hərəkət kimi qiymətləndirir. İyun ayının 9-da A.Qafarov AMEA İqtisadiyyat İnstitutunda tutduğu vəzifədən azad edilmiş, İ.Soltanlıya isə töhmət elan edilərək xəbərdarlıq olunmuşdur”.
Müraciətdə həmçinin qeyd edilir: “İqtisadiyyat İnstitutu, onun əməkdaşlarınin elmi yaradıcılığına diqqətlə yanaşaraq, öz səhifələrində onların yazılarına mütəmadi qaydada yer ayırdığına görə həm  qəzetinə, həm də ölkənin digər mətbu orqanlarına minnətdardır. İqtisadiyyat qəzetinin oxucularını əmin etmək istərdik ki, iqtisadiyyat elmimizin inkişafı naminə, dövlət rəhbərliyinin iqtisadçılarımız qarşısında qoyduğu vəzifələri daha uğurla yerinə yetirmək naminə İqtisadiyyat İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının digər institutları və qurumları ilə birlikdə, bu qəbil mənfi halların tamamən aradan qaldırılması və cəmiyyətimiz üçün həqiqətən əhəmiyyət kəsb edən tədqiqatların genişləndirilməsi üçün gələcəkdə də bütün gücü ilə çalışmaq əzmindədir”.
“İqtisadiyyat” qəzetinin oxucularına yaxşı bəllidir ki, qəzetimiz yarandığı gündən elmi yaradıcılığa xüsusi diqqətlə yanaşmış, redaksiyamızın qapıları iqtisadçı alımlərin,  dissertantların, mağistrlərin, hətta elmi fəaliyyətlə məşğul olmaq istəyən tələbələrin üzünə hər zaman açıq olmuş, təqdim edilən yazılar müntəzəm olaraq dərc edilmişdir. Lakin qeyd etməliyik ki, heç bir mətbuat orqanı təqdim edilən elmi araşdırmaları əks etdirən materialların (informasiya xarakterli yazılar istisna olmaqla), elmi məqalələrin məzmununa görə məsuliyyət daşımır. Lakin  bütün bunlara baxmayaraq, biz öz tərəfimizdən dəqiqlik üçün təqdim olunan elmi məqalələrin plagiat olub-olmadığını yoxlayırıq. Yuxarıda adı çəkilən  məqalənin köçürüldüyü mənbə internet resurslarına daxil edilmədiyi üçün bunu dəqiqləşdirmək mümkün olmamışdır. Digər tərəfdən isə elmi məqalənin ölkənin nüfuzlu elmi mərkəzlərindən birinin əməkdaşları tərəfindən təqdim edildiyi üçün ətraflı araşdırmaya lüzum görməyərək məqaləni dərc etmişik. İqtisadiyyat institutunun rəhbərliyi tərəfindən bu məsələnin araşdırılması və ədalətli olaraq həllini tapmasını yüksək qiymətləndirir, alim adına layiq olmayan hərəkətlərə qarşı ciddi mübarizə aparılmasını dəstəkləyir, bundan sonra da dəstəkləyəcək və bu işdə hər kəsə uğurlar arzulayırıq.

Bəzi kütləvi informasiya vasitələrinə üz tutaraq bildirmək istəyirik ki, aldığı məlumatların dəqiqliyini yoxlamamış, mənbəyini araşdırmamış, ucuz reyninq qazanmaq məqsədini güdərək yalnış xəbərlər yayaraq insanları çaşdırmasınlar.


“İqtisadiyyat”qəzetinin redaksiyası