Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Elm sahibləri elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçir.

N.Tusi

 Akademik Ziyad Səmədzadənin hazırladığı “Böyük  İqtisadi Ensiklopediya” gerçək bir universitet dəyərindədir

Biliklərə əsaslanan iqtisadiyyatı inkişaf etdirmək məqsədilə Azərbaycanda iqtisadi və institusional sistemin adekvatlığını, insan kapitalının formalaşmasını təmin edən güclü sosial baza və biliyin geniş kütləyə çatdırılmasını təmin edən səmərəli milli informasiya sisteminin  təsisatı prioritet işlərdən biridir.

Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə elmin və  təhsilin səviyyəsi ilə müəyyən olunur. İqtisadiyyat elmində Robinzonçulara yer yoxdur, yəni iqtisadi nəzəriyyə fərdlərin subyektiv mühakiməsinə bağlı olmamalıdır. Mühakimə isə üç əsas prinsipə söykənməlidir: «nəzəriyyə, ideologiya və texnologiya».  Qərbdə ictimai elmlər sahəsində gedən dəyişikliklər və yeniliklər haqqında ictimaiyyəti maraqlandıran suallara cavab vermək məqsədilə «əhalinin iqtisadi maarifləndirilməsi» mövzusunda dövlət proqramları fəaliyyət göstərir. Bununla əlaqədar, Avropa ölkələrində vətəndaşlara gündəlik iqtisadi kateqoriyaları – faiz, inflyasiya, kredit, büdcə və bu kimi anlayışları izah etmək məqsədilə universitetlər nəzdində dövlət tərəfindən maliyyələşən xüsusi məktəblər fəaliyyət göstərir.

İqtisad el­min­in  texniki el­m­lər­dən fərq­i ondan ibarətdir ki, iqtisad elminin irəli sürdüyü nəzəri təkliflərin doğ­ru və ya yan­lış olub olmadığını isbat edəcək bir la­boratoriya mövcud de­­yil­dir. La­bo­ra­to­ri­ya­dan məh­rum­­ olan iqtisadçılar çox vaxt özlərinin da­­­xili və xarici m­üşahidələrinə gö­rə düşüncələrini cəmiyyətdə axtarır və tə­bii ki, bun­lar da öz növbəsində cə­miy­­yət tərəfindən ciddi müzakirə obyektinə çe­­vrilir. Qlobal iqtisadiyyat mövzuları ilə əlaqədar problemlər beynəlxalq elmi ictimaiyyətin, həmçinin ictimai və humanitar elmlər sahəsində çalışan alimlərin müzakirə mövzusudur.

 Bu səbəblə iq­ti­sadçılar arasından mü­əyyən bir mövzunun ətrafında hər za­man fərqli görüş və fikirlər ortaya çıxır. Məhz iqtisadi gerçəklərə na­­­il ol­m­a­­q məqsədi ilə  Azərbaycan iqtisadçılar ittifaqının sədri, Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və   elmi rəhbərliyi ilə 100-dən yuxarı  azad və sərbəst dü­şüncəyə sahib iqtisadçı alimlərin iştirakı və müzakirəsi nəticəsində Azərbaycanda ilk dəfə “Böyük  İqtisadi Ensiklopediya” hazırlanmış və bu beşcildlik nəşr əhalinin iqtisadi  maarifləndirilməsi sahəsində atılan ən mühüm addımdır.

Ensiklopediyada 10000-ə yaxın termin – məqaləni əhatə edən MDB məkanında milli dildə hazırlanmış ilk irihəcmli, yəni beşcildlik nəşrdir.

Hörmətli akademik Ziyad Səmədzadənin rəhbərliyi ilə hazırlanan Ensiklopediyada yeni iqtisadi fikirlər və ideyalar, novator yanaşmalar geniş yer alır.

Böyük  İqtisadi Ensiklopediyanın içində iqtisad elminə aid olan bilgi və məlumatlar vahid sistem şəklində  toplanıb.  Ensiklopediya dünya təcrübəsi kontekstində Azərbaycan iqtisadiyyatının anatomiyası və fiziologiyasını açıqlayan fundamental və tətbiqi nəşrdir. Kitabda  dünya iqtisadiyyatı ilə yanaşı Azərbaycan iqtisadiyyatının çeşidli sektorları haqqında, o cümlədən maliyyə, bank, sığorta və kapital bazarının fəaliyyəti haqqında dolğun və geniş bilgilər verilir.

Akademik Ziyad Səmədzadənin rəhbərliyi ilə hazırlanan Böyük İqtisadi Ensiklopediya ölkəmizdə sahə ensiklopediyaları üzrə nəşr olunan ilk kitabdır. Bu ensiklopediya cəmiyyətdə iqtisadi maarifləndirmənin və mədəniyyətin yüksəldilməsində, iqtisadi təfəkkürün təkmilləşməsi üçün vacib və aktual elmi- məlumat olan nəşrdir.

Ensiklopediyada dünya üzrə qəbul edilən iqtisadiyyat üzrə elmi məktəblərin fundamental və tətbiqi konsepsiyalarının təhlili verilir. Beşcildlikdə Azərbaycan dövlətinin iqtisadi siyasətinin fundamental istiqamətləri, ölkə iqtisadiyyatında modern dəyişikliklərinin sistemli, müqayisəli təhlilini əks etdirən məqalələr təqdim edilir, iqtisadi proseslər, iqtisadi anlayışların mahiyyət və məzmununu daha dərin mənimsənilməsi və əyani nümayiş etdirilməsi məqsədi ilə 2000-dən yuxarı  sxem, cədvəl, qrafik və şəkillərdən istifadə edilmişdir.

Ensiklopediyanın nəzəri və metodoloji əsaslarını klassik, keysian, monetarizm, rasional iq­ti­sa­di məktəblərin alimlərinin elmi əsərləri və baxışları təşkil edir.

Akademik Ziyad Səmədzadənin beynəlxalq konfranslarda etdiyi məruzələr, mo­noqrafiyalar və habelə Milli Məclisə təqdim etdiyi analitik və hesabat materiallarından geniş istifadəsi ensiklopediyanı daha da zənginləşdirmişdir.

Ensiklopediyanın gə­lə­cək­də iqtisadi proqramların və tədbirlərin hazırlanmasında, keçmişin dərslərini mə­nim­səmək, gələcəyə məqsəd və vəzifələri hazırlamaqda və yeni iq­ti­sadi təfəkkürün formalaşmasında xidməti misilsizdir.

Ensiklopediya Azərbaycan iqtisad elminə layiqli töhfədir və iqtisadi vahidlərin bütün subyektləri üçün çox yararlı və faydalı elmi və məlumat mənbəyidir. Ensiklopediyanın hazırlanmasında çox çeşidli xarici yayınlar incə­lən­miş­ və xa­ri­ci   tə­c­rübədən istifadə olunmuş və Azərbay­ca­nın müa­sir­­ pul, kredit və bank sis­te­minin vəziyyəti, problemi və pers­pek­tiv­lə­ri xüsusi tədqiq edil­miş­dir. Ensiklopediyada  yer alan möv­zuların əksər­iyyəti iqtisadi ədəbiyyatda ilk dəfə işlənmiş və hazırlanmışdır. Kitab orijinallığı ilə fərqlənir, çünki kitabın için­də olan bəzi mövzular ilk dəfə kompleks formada araşdırılır.

Son olaraq Azərbaycan iqtisad elmində  ilk dəfə Böyük  İqtisadi Ensiklopediyanın hazırlanmasında əməyi keçən Böyük elm və ictimai xadim hörmətli akademik Ziyad Səmədzadəyə  təşəkkür edir, özəlliklə Azərbaycan iqtisad elm dünyasına qatkılarından dolayı təqdirlərimi sunarım.

Nəticə: Bir alimdən, - “kimi ağsaqqal saymaq olar?”, - deyə soruşduqda, o : “elmini başqalarına öyrədən elm sahibini”, - cavabını vermişdir.

prof., dr. Hasan Selcuk – T.C.

Marmara Universitetinin prorektoru

 

iqtisad elmləri doktoru, prof.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru,

T.C. Marmara Universitetinin müsafir ögretim üyesi

Z.F.Məmmədov