Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər
“Yaxın müddət üçün iqtisadi artım perspektivləri əlverişlidir”
 
Noyabrın 20-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Raca Almarzoqi Bakıya səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirmişdir. Missiya noyabrın 8-dən 20-dək davam edən səfəri çərçivəsində 2013-cü ilin fevral-mart aylarında IV Maddə üzrə növbəti məsləhətləşmələr missiyasına hazırlıqla bağlı Azərbaycanın dövlət rəsmiləri və qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşmüşdür.
R.Almarzoqinin sözlərinə görə, missiyanın məqsədlərinə dövlətin iqtisadi siyasətini və Azərbaycan iqtisadiyyatının gələcək perspektivlərini müzakirə etmək kimi məsələlər daxil idi. Aparılan araşdırmaların nəticəsi olaraq isə Almarzoqi yaxın müddət üçün iqtisadi artım perspektivlərinin əlverişli olduğunu, dövlət xərclərindən geniş şəkildə qaynaqlanan qeyri-neft iqtisadiyyatının artım tempinin 2013-cü ildə 8% təşkil edərək, neft hasilatında proqnozlaşdırılan azalmanı artıqlaması ilə kompensasiya edə biləcəyini qeyd etmişdir. O, son dövrdə enən inflyasiyanın davamlı dövlət xərcləri və qlobal ərzaq qiymətlərinin bahalaşmasının təsiri ilə əlaqədar olaraq, 2013-cü ildə yüksələ biləcəyini də vurğulamışdır.
Tədbirdə 2013-cü ilin qeyri-neft kəsirinin azalması, makroiqtisadi sabitlik üçün risklərin məhdudlaşdırilması və qlobal iqtisadiyyatın mümkün pisləşməsi halında siyasətin aparılması üçün qoruyucu ehtiyatları gücləndirməyə kömək edəcəyi bildirilmişdir. Almarzoqi dövlət xərcləri və kredit artımının son dövrdə sürətlənməsi nəticəsində tələblə bağlı təzyiqlərin yarandığı təqdirdə, Mərkəzi Bankın pul siyasətini sərtləşdirməli olacağını nəzərə çatdırmışdır.
Raca Almarzoqinin sözlərinə görə, Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın Mərkəzi Bankına yaxın müddətdə çevik məzənnə siyasətini tətbiq etməyi də tövsiyə edir: “Bizim Azərbaycanın Mərkəzi Bankı ilə apardığımız müzakirələr zamanı bütövlükdə çevik məzənnə siyasətinə keçməklə bağlı ümumi razılıq əldə olunmuşdur.   Amma bu işin vaxtı sual altındadır. Hakimiyyət orqanları prinsip etibarı ilə bununla razılaşırlar. Düşünmürük ki, bir və ya iki ilə bu istiqamətdə dəyişiklik baş verə bilər”.
Özəl sektora gəldikdə isə, tədbirdə maliyyə bazarı və bank sektorunda islahatların aparılmasının bu sahəyə dəstək verə biləcəyi qeyd olunmuşdur. Tədbirdə yeni gömrük məcəlləsinin tətbiqinin, ÜTT-ə üzvlüyün yekunlaşdırılması və rəqabət üçün maneələrin məhdudlaşdırılmasının neftdən daha az asılı olan yeni iqtisadi artım strategiyasının hazırlanmasında əsas rol oynayacağı da bildirilmişdir.
Dünyanın hər bir ölkəsi üçün iqtisadi islahatların vacib olduğunu qeyd edən R.Almarzoqi ixracı stimullaşdıra, iş yerləri yarada, diversifikasiyanı dəstəkləyə bilən və aparıcı qüvvəsi rəqabət qabiliyyətli özəl sektor olan qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi üçün də dərin struktur islahatlarının həlledici ola biləcəyini demişdir.
 
Mətanət Hüseynova