Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Bayraq sevgisi hər bir vətənpərvər insan üçün xüsusi məna daşıyır, onun uğrunda ölümə göz qırpmadan getmək şərəf sayılır.

Dövlət bayrağımız  haqqında ilk hökumət qərarı 1918-ci il mayın 28-də uzun sürən mübarizədən sonra  öz müstəqilliyini elan etmiş və Şərqdə ilk demokratik dövlətin əsası qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi demokratik islahatlara əsasən həmin il  iyunun 21-də verilmişdir. Bayraq haqqında ikinci qərar 9 noyabr 1918-ci ildə qəbul edildi. İlk dəfə üçrəngli bayraq ideyasını isə Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirmişdir. 1918-ci il 9 noyabr tarixində yaradılmış Azərbaycan Respublikasının bayrağı Sovet Sosialist Resublikaları İttifaqının (SSRİ) dağılmasından sonra, 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilmişdir.

Tarixçilərin sözlərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmamışdır. Bu  barədə isə müxtəlif fikirlər mövcuddur.

Tarixçi Cəbi Bəhramov səkkizguşəli ulduzun mənasını “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə əlaqələnirdiyi halda,  tarixçi alim Cəmil Həsənli ulduzların sayının həmin xalqların mifoloji görüşlərinə əsasən onların taleyində oynadığı rola görə izah edir. Səkkizguşəli ulduzun mənasını AMEA-nın dissertantı Akif Məmmədli isə Rəsulzadənin dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslandığını (bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilik) əsas götürür.

 N. Nəsiblinin fikrincə isə, ulduzun səkkizguşəli olması ilə bağlı da müxtəlif versiyalar var: “Səkkizguşəli ulduz “cənnətin səkkiz qapısı” anlamına gəlir. Səkkiz rəqəmi daha çox şiəliklə bağlıdır. Bu, həmin dövrdə Azərbaycan əhalisinin çoxunun şiə olması ilə də izah oluna bilər.

 Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilmiş konstitusiyasına görə, Azərbaycanın dövlət bayrağı, gerbi və himni milli atributlar hesab edilir. Ölkəmizdə daim  üçrəngli, ay-ulduzlu bayrağımıza sonsuz sevgi və hörmət nümayiş olunur. Bayrağımızın qorunması milli qanunvericiliklə  tənzimlənir və dövlətimizin verdiyi qərar və sərəncamlar bunun əyani sübutudur. Prezident İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli  Sərəncamı ilə 9 noyabr tarixinin rəsmi səviyyədə Dövlət Bayrağı Günü kimi qeyd olunması bu ehtiramın və sevginin bariz nümunəsidir.

Hazırda ən hündür milli bayrağımızın dalğalandığı yer var ki, o da Bayraq meydanıdır. Uzunluğu 70, eni 35 metr olan meydan 2450 kvadratmetr sahəni əhatə edir. Qeyd edək ki, Dövlət bayrağı meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulmuşdur. Bayrağı paytaxtın bir neçə istiqamətindən seyr etmək mümkündür.

 Dünyada ən hündür bayraq dirəyi hesab olunan bu dirək  “Ginnes”in rekordlar kitabına da düşmüşdür. Meydanın aşağı hissəsində Azərbaycanın qədimdən bu vaxtadək mövcud olan  bayraq, gerb nümunələrinin sərgiləndiyi  Bayraq muzeyi də tikilmişdir.

Dövlət Bayrağı Muzeyi — 9 noyabr 2010-cu ildə - Dövlət Bayrağı Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən açılmışdır.

Azərbaycanlı memar və dizaynerlərinin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan muzeydə dövlətimizin  müxtəlif dövrlərdə tarixi, əlamətdar hadisələri haqqında sənəd və fotoşəkillər, poçt markaları, pul nişanlarının nümunələri, orden və medallar nümayiş etdirilir.

P.S.  Daima yüksəklərdə dalğalanmağa layiq olan bayrağımızı təhqir edən erməni zabitininin həmvətənimiz  Ramil Səfərov tərəfindən layiqincə cəzalandırlması və ölkə rəhbərinin ona lazımi köməyi göstərməsi milli dəyərlərimizə, xüsusilə bayrağımıza göstərilən sevgi və ehtiramın bariz nümunəsidir.

 

Mətanət Hüseynova