Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

“Ərzaq təhlükəsizliyi, eyni zamanda, insanların sağlamlığı deməkdir. Bizim insanlar təmiz,

keyfiyyətli qida almalıdırlar”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Oktyabrın 31-də Bakı Park Inn otelində  ATƏT-in Təhlükəsizlik  və Ətraf  Mühit üzrə Vətəndaş Fəaliyyəti Proqramının dəstəyi ilə Yerli İqtisadi İnkişaf  Mərkəzi və Azərbaycan İqtisadçılar ittifaqı  QHT tərəfindən yerinə yetirilən “Biotəhlükəsizliyə dair Kartagena Protokolunun Azərbaycanda effektiv implementasiyası üçün ictimai maarifləndirmə kampaniyasının aparılması” layihəsi çərçivəsində  Azərbaycan Respublikasında genetik modifikasiya olunmuş məhsullar üzrə effektiv tənzinlənmə sisteminin formalaşdırılması problemləri  mövzusunda təqdimat keçirilmişdir. Təqdimatı giriş sözü ilə açan  Milli Məclisin İqtisadi siyasət  komitəsinin sədri,  Azərbaycan İqtisadçılar ittifaqının sədri akademik  Ziyad Səmədzadə  GMO məhsullarından istifadənin mənfi və müsbət tərəflərindən danışaraq qeyd etdi ki, onların idxalı, istifadəsi, yetişdirilməsi  olduqca aktual bir problemdir və bu məsələnin həlli üçün sistemli fəaliyyət göstərmək vəziyyətdən çıxış yolu ola bilər. “Bu, gələcək nəsillərin sağlam yetişməsi, sağlam fəaliyyəti üçün qarşımızda duran ən vacib məsələlərdən biridir” .

Tədbir iştirakçılarına Genetik modifikasiya olunmuş orqanizmlər haqqında Azərbaycan Respublikasının Qanunu  layihə şəklində  təqdim olundu.

Tədbirdə “GMO məhsullar: qlobal meyillər, beynəlxalq tələblər, milli tənzimlənmə modelləri və Azərbaycan üçün tövsiyələr” mövzusunda Firdovsi Fikrətzadənin təqdimatı dinlənildi.  O, Genetik Modifikasiya Olunmuş məhsullar üzrə qlobal meyillərə, Beynəlxalq Standartlara, Mövcud Tənzimlənmə Modellərinə və Azərbaycan üçün Tövsiyələrə dair Hesabatın  hazırlandığını qeyd etdi.

F. Fikrətzadə məruzəsində GMO məhsullarının  lehinə və əleyhinə olan arqumentləri, GMO tənzimlənməsi üzrə beynəlxalq tələbləri diqqətə çatdırdı. GMO  tənzimlənməsi üzrə bir sıra ölkələrin, o cümlədən ABŞ, Avropa Birliyi, Çin və Türkiyənin modelləri haqqında geniş məlumat verərək  bildirdi ki, GMO sahəsində beynəlxalq razılaşma bu məhsullardan istifadəyə birmənalı şəkildə qadağa qoymağa imkan vermədiyindən, dünya ölkələri bununla bağlı müvafiq tənzimlənmə və nəzarət sistemi formalaşdırmağa başlamışlar. Məsələn, ABŞ-da biotexnologiya məhsulları ilə ənənəvi  metodlarla yetişdirilən məhsullar eyni hesab edilir, buna görə də hər iki növ məhsullar üçün tənzimlənmənin eyni olmasını qəbul edirlər. Bu tənzimlənmə üzrə  müvafiq normativ hüquqi aktlara əsaslanan 3 federal agentlik məsuliyyət daşıyır.....

Avropa Birliyində isə GMO-nun istehsalı, idxalı, satışı 2004-cü ilə qədər qadağan edilsə də, ABŞ-ın ÜTT vasitəsilə etdiyi təzyiqlərdən sonra tədricən GMO məhsullarının idxalı, satlşı, emalına icazə verilmiş, GMO məhsulları üzrə yeni hüquqi sistem qüvvəyə minmişdir. AB-nin tənzimlənmə modelinin başlıca xüsusiyyəti sərt təhlükəsizlik standartlarının tətbiqi, eyni zamanda, həm istehlakçılar, həm də fermerlər üçün seçim azadlığının verilməsi ilə xarakterizə edilir.

Çinin payına isə  GMO əkininin  3 % düşür.  Bu ölkədə kifayət qədər cavabdeh tərəflərin olması şərtləri daxilində məhsulun təhlükəsizliyinin və qidalılığının təbii analoqlarından aşağı olmadığını sübut edən qiymətləndirmədən sonra onun istifadəsinə icazə verilir.

Türkiyədə GMO-nun tənzimlənməsi 2009-cu  ildə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qaydalara əsaslanır. Qaydalara əsasən GMO tərkibli məhsulların uşaq yeməklərində,  qarışıqlarında  və uşaq əlavə qidalarında, eləcə də, insan və heyvanların müalicəsində istifadə edilən,  tərkibində antibiotiklərə qarşı müqavimət genləri olan GMO məhsulların idxalı və bazara çıxarılması qadağandır. Həmçinin GMO tərkibli məhsulların üzərində bu haqda məlumatların göstərilməsi vacibdir.

Daha sonra Azərbaycan Respublikasında   GMO tənzimlənmə sisteminin xüsusiyyətləri və təkmilləşməsi məsələlərinə toxunan natiq qeyd etdi ki, Azərbaycan Respublikası GMO nun tənzimlənməsi üzrə beynəlxalq təhlükəsizliyə malikdir. Lakin GMO-nun tənzimlənməsi üzrə qanunvericilik bazasının təhlili göstərdi  ki, bununla bağlı müəyyən qanunvericilik bazası formalaşmalı, bu sahədə potensial rolu olan qurumlar müəyyən edilməlidir.

 Tədbirdə  Yerli İqtisadi İnkişaf  Mərkəzinin sədri Vaqif Rüstəmov Biotəhlükəsizliyə dair Kartagena Protokolunun Azərbaycanda effektiv tətbiqi məsələlərinə dair məruzə ilə  çıxış etdi.  Daha sonra bu aktual məsələ ilə bağlı müzakirələr oldu.

Standartlaşdırma və Patent üzrə Dövlət komitəsinin  əməkdaşı Bayram Əliyev  Azərbaycanda GMO məhsullarının istifadəsini əks etdirən statistik məlumatların yoxluğunu, bu sahədə monitorinqlərin aparılmasının zəruriliyini qeyd etdi.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirdi ki,  GMO məhsullarının tənzimlənməsində yeganə çıxış yolu məhsullar üzərində markalanmanın olması və ekoloji sağlam məhsullara istehlakçı tələbatının yaradılmasıdır.

Kənd Təsərrüfatı Nazirliyininəməkdaşı  Elxan Əliyev GMO məhsulları haqqında insanların maariflənməsinin əhəmiyyətindən danışdı, bu işdə kütləvi informasiya vasitələrindən kifayət qədər istifadə olunmamasını təəssüflə bildirdi.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru “ Ərzаq mаllаrı əmtəəşünаslığı  və еkspеrtizаsı” kafedrasının müdiri Əhməd-Cabir  Əhmədov qida məhsullarının tərkibi haqqında doğru-düzgün məlumatların alıcılara çatdırılmasının hüquqi cəhətdən əsaslı olduğunu  qeyd etdi. Digər çıxış edənlər  GMO məhsullarının hərtərəfli şəkildə öyrənilməsi üçün respublikamızda ixtisaslı laboratoriyaların yaradılması, bu sahə ilə  məşğul olacaq mütəxəssislərin   hazırlanmasının vacıb olduğunu qeyd etdilər.

 “İqtisadiyyat”