Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

DSMF – 20 illik inkişaf tarixi

Oktyabrın 10-da Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yaradılmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov vurğulayıb ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, son 9 ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilmiş sığorta-pensiya siyasətinin gerçəkləşməsi nəticəsində Azərbaycanın tam  özünəməxsus sığorta-pensiya sistemi formalaşıb. “Dövlət Sosial Müdafiə Fondunun bu 20 illik inkişaf tarixi, eyni zamanda sığorta-pensiya sisteminin inkişaf tarixi kimi xarakterizə edilə bilər” -, deyən S.Müslümov bildirib ki, Fondun 20 illik inkişaf tarixi əsasən dörd mərhələni əhatə edir. Bunlar 1992-1995-cı illər, 1996-2002-ci illər, 2003-2005-ci illər, 2006-cı ildən sonrakı dövrdür. S.Müslümov bu dövrlərdə sığorta-pensiya sistemində baş verən prosesləri diqqətə çatdıraraq bildirib ki, pensiya sisteminin yeni şəraitə uyğun qurulmasına zəruri dəyişikliklərə etibarlı iqtisadi baza yaradıldıqdan və demoqrafik baxımdan əlverişli vaxt seçildikdən sonra başlamaq, buna qədər isə əvvəlki həmrəylik və dövlət təminatı sistemlərinə əsaslanmaq, əsas taktiki addımlar kimi seçilmişdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi həmin istiqamətlər çərçivəsində, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmış, həm əhaliyə pensiya və müavinətlərin ödənilməsi, həm də digər sosial ödənişlər üzrə xərclərin artımı müşahidə olunmuş, bu sahədə köklü dəyişikliklər baş vermişdir.

S.Müslümov vurğulamışdır ki, aparılan islahatlar əmək pensiyalarının sürətli artımını təmin etmişdir: “Əgər 2003-cü ildə Azərbaycanda sığorta-pensiya sistemində əvəzetmə əmsalı 23-25 faizlə ifadə olunurdusa, bu gün sözügedən göstərici artıq 40 faiz təşkil edir.

S.Müslümov hazırda Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir. Azərbaycan 2004-cü ildə Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü, 2007-ci ildə Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir.  Komitənin ilk iclasının 2008-ci ilin 2 iyul tarixində Bakı şəhərində keçirilməsi Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində gerçəkləşdirilən mühüm tədbirlərdəndir. Beynəlxalq Sosial Təminat Assosiasiyasının  və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun birgə təkilatçılığı ilə Bakıda qısa müddətdə 4 beynəlxalq tədbirin keçirildiyini xatırladan S.Müslümov əlavə edib ki, 2011-ci ilin iyun ayında Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılmışdır. 2010-cu ilin martında Polşa Respublikasının Varşava şəhərində keçirilən Avropa Sosial Təminat Forumunda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilmişdir. 2010-cu ilin dekabr ayında BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional bürosu Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin islahatları üzrə layihənin, həmin büronun xəttilə gerçəkləşdirilən layihələr arasında birinci yerə layiq görüldüyünü açıqlamışdır: “2012-ci ilin yanvarında DSMF 2011-ci ilin nəticələri üzrə BMT İP-nin illik dərgisində "Yaxşı və səmərəli idarəetmə" nominasiyasının qalibi elan edilmişdir”.

DSMF sədri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" çərçivəsində sığorta-pensiya sistemində islahatların davam etdirildiyini vurğulamışdır.

Tədbirdə həmçinin Hesablama Palatasının sədri Heydər Əsədov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və vergilər nazirinin müavini Sahib Ələkbərov çıxış ediblər və sığorta-pensiya sistemində aparılan islahatlar zamanı əldə olunmuş nəticələr barədə danışıblar.