Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Azərbaycanda vətəndaşların dini etiqad azadlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verir

Oktyabrın 2-də Qəbələ şəhərində  dini icmaların rəhbərləri, din xadimləri, ilahiyyatçılar və ictimaiyyət nümayəndələri ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər.

Sonra Qəbələ şəhər məscidinin yeni binasının inşası prosesi ilə tanışlıq olmuşdur.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatı Fəttah Heydərov, AMEA-nın həqiqi üzvü, akademik Teymur Bünyadov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edərək ölkəmizdə dini etiqad azadlığının təmin olunmasına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyini bildirmişlər.

 Qeyd olunmuşdur ki, bu gün ölkədəki tarixi tolerantlıq mühitinin, dini dözümlülüyün qorunub saxlanılması əsas məsələlərdən biridir. Azərbaycanda tolerantlığa, dinlərarası münasibətlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verilir. Azərbaycan cəmiyyəti digər müsəlman ölkələri ilə müqayisədə daha tolerant və dünyəvidir. Bu isə xalqımızın və cəmiyyətimizin xüsusiyyətidir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycanda heç vaxt məzhəb qarşıdurması və  radikalizm olmamışdır. Bu onu deməyə imkan verir ki, gələcəkdə də Azərbaycanda dini radikalizmin yayılması mümkünsüzdür.

Görüşdə dövlət-din münasibətlərinin daha səmərəli tənzimlənməsi, bu sahədə yerlərdə  maarifləndirmə işinin təşkili, dini icmaların radikalizm meyillərinin qarşısının alınması məsələləri müzakirə edilmişdir. Dinlə bağlı məsələlərin həllində, əhalinin, xüsusilə də, gənclərin maarifləndirilməsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirən natiqlər Azərbaycanda vətəndaşların dini etiqad azadlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyini bildirmiş, hazırda ölkə üzrə 1802 məscidin fəaliyyət göstərdiyini, eyni zamanda, 550-yə yaxın pir və ziyarətgahın olduğunu qeyd etmişlər.

Yerli din xadimləri  rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərdən, məscidlərdə möminlər üçün yaradılmış münbit şəraitdən, dini icmalara dövlət qayğısından danışmışlar. Bildirilmişdir ki, hazırda Qəbələdə 45 məscid, 24 dini icma fəaliyyət göstərir və 3 ziyarətgah mövcuddur. Gələcəkdə də bu cür görüşlərin keçirilməsinin vacibliyi qeyd edilmişdir.