Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər
İqtisadi biliklərimizi artıracaq əyləncəli oyun – “İqtisadi futbol”

Sentyabrın 20-də “Hilton” otelində VİSA, Azərbaycan Respublikası Mərkəzi bankı və Vergilər Nazirliyinin birgə həyata keçirdikləri “İqtisadi futbol” oyunu layihəsinin təqdimat mərasimi olmuşdur. FİFA-nın rəsmi sponsoru olaraq, VİSA Azərbaycanda bu yeni interaktiv oyunu istifadəyə vermişdir. Bu dinamik və heyrətamiz oyun maliyyə biliklərini artırır, məsuliyyətli və şüurlu büdcə yığımını öyrədir, vergilərin ödənilməsinin əhəmiyyət və qaydalarını izah edir. “İqtisadi futbol” layihəsinin də əsas məqsədi  oyun janrında əhaliyə, xüsusi olaraq gənc nəslə iqtisadi və vergi barəsində biliklər təqdim etməkdir. VİSA-nın FİFA ilə tərəfdaşlığı sayəsində bu oyun bir neçə il ərzində bütün dünyada populyarlıq qazanmış və Ukrayna, Rusiya və Belarusiya da daxil olmaqla 20-dən çox ölkədə həyata keçirilmişdir.
“İqtisadi futbol” oyununun təqdimat mərasimində VİSA-nın MDB və Cənub Şərqi Avropa üzrə baş direktoru Jean-Marc Tonti çıxış edərək, VİSA-nın nağdsız ödənişlər sahəsində 10 ildən artıq bir vaxtda insanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün maliyyə proqramları hazırladığını qeyd etmişdir. O, eyni zamanda, Mərkəzi Bank və Vergilər Nazirliyinin dəstəyilə VİSA-nın ölkəmizdə ilk maliyyə təhsili layihəsinin təqdiminə nail olmasını yüksək qiymətləndirmişdir. Tədbirdə çıxış edəm Mərkəzi Bankın İnkişaf departamentinin direktor müavini Natəvan Məmmədova  həyata keçirilən bu layihəni yüksək qiymətləndirmiş, əsas prioritetlərindən biri əhalinin maliyyə savadlılığının artırlması olan Mərkəzi bankın daim belə layihələr həyata keçirdiyini vurğulamışdır. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə Xidmət Departamentinin Direktoru Elçin Məmmədov isə bu layihənin gənclərin böyük marağına səbəb olacağını və onlar arasında vergi mədəniyyətinin artırılmasına kömək edəcəyinə əmin olduğunu qeyd etmişdir.
Azərbaycan və rus dillərində olan “İqtisadi futbol” oyunu yeniyetmə, orta məktəb şagirdi və yetkin insanlara ünvanlanmış üç çətin mərhələdən ibarətdir. Yığım, büdcə, vergilər, kredit və digər bank xidmətlərindən səmərəli istifadə kimi sual və mövzulardan ibarət olan oyun öz-özünə öyrənmə variantını da təqdim edir. Oyunçuların biliyini yoxlamaq məqsədilə 4 modulun hər birinə testlər və çalışmalar daxil edilmişdir.  Təbirdə oyunu tezliklə onlayn şəkildə oynamağın mümkün olacağı da bildirilmişdir.
 
Mətanət Hüseynova