Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər
Yanvar-avqust aylarında ÜDM 1.3 faiz artıb
 
2012-ci ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 1.3 faiz, yaxud müqayisəli qiymətlərlə 434.7 milyon manat artaraq 35.1 milyard manata çatmışdır.
Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
ÜDM-in 67.3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 51.9 faizi sənayedə, 9.6 faizi inşaat kompleksində, 5.8 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26.5 faiz, o cümlədən nəqliyyatda 4.8 faiz, ticarət və pullu xidmətdə 8.2 faiz, rabitədə 1.7 faiz, sosial və digər xidmətlərdə 11.8 faiz təşkil etmişdir.
ÜDM-in 6.2 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür.
Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3838.4 manat (4883.4 ABŞ dolları) təşkil etmişdir.
Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 10.7 faiz artmış, neft sektorunda isə 6.8 faiz azalmışdır.
Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 23.0 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 96.7 faiz təşkil etmişdir. Məhsulun 76.5 faizi mədənçıxarma bölməsində, 18.2 faizi emal bölməsində, 4.8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7.9 faiz artmış, neft sektorunda isə 5.4 faiz azalmışdır.