Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər
“Rəqabət Məcəlləsi” üzərində işlər bu il başa çatdırılacaqdır

Sentyabrın 17-də Milli Məclisin iqtisadi siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilmişdir.
Komitənin sədri Ziyad Səmədzadə əvvəlcə yaz və növbədənkənar sessiyaları zamanı görülən işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, komitə hesabat dövründə olduqca məhsuldar işləmişdir. Sessiyalar müddətində komitədə 40-a yaxın qanun layihəsi müzakirə olunmuşdur. Komitə payız sessiyası dövründə də gərgin işləyəcəkdir. Qarşıdakı sessiyada Azərbaycanın iqtisadi inkişafı üçün zəruri olan, rəqabət sahəsində ciddi yeniliklərə səbəb olacaq Rəqabət Məcəlləsi üzərində işlər sürətləndiriləcək və bu il başa çatdırılacaqdır. Sessiya müddətində 2013-cü il dövlət büdcəsi və büdcə paketinə daxil olan sənədlər, eləcə də “Təhsil krediti haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Qiymətləndirmə haqqında” və “Kənd təsərrüfatının koorperasiyası haqqında” qanun layihələri parlamentin plenar iclasına təqdim ediləcəkdir.
Müzakirələrdən sonra komitənin iş qrafiki təsdiq olunmuşdur.
Sonra komitə üzvləri “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda təklif olunan texniki və redaktə xarakterli dəyişikliklərə və əlavələrə baxmışlar.
Hər iki sənəd təsdiqlənmək üçün Milli Məclisin plenar sessiyasına tövsiyə olunmuşdur.