Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Bütün fəsillərin oteli Bakıda

 

Ölkəmizin sürətli inkişafı özlüyündə bir çox sahələrin də inkişafına təkan vermişdir. Bu baxımdan insanlara geniş seçim imkanı yaradan mehmanxana biznesi xüsusilə qeyd edilməlidir. Son illər ölkəmizdə tikilən və özünəməxsusluğu ilə seçilən çoxsaylı otellərə rast gəlmək olar ki, bunlardan biri də beşulduzlu “Four Seasons Hotel Baku”dur. Sentyabrın 3-də açılışı olan bu otel fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Möhtəşəmliyi və gözəlliyi ilə seçilən otelləri idarə edən “Four Seasons Hotels and Resorts” şirkətinin belə bir oteli Azərbaycanda açması ölkəmizdə istər yerli, istərsə də xarici investorlar üçün yaradılan əlverişli sərmayə mühitindən irəli gəlir. Bu, həm də dünyanın inkişaf etmiş ölkələri sırasında yerini möhkəmləndirən Azərbaycanda otel biznesinin genişləndirilməsinə və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük imkanlar açır. 
Nəzərə çatdıraq ki,  “Four Seasons” şəbəkəsinə 30-dan çox ölkədə 90 otel daxildir. Yarım əsr ərzində öz sahəsində liderliyi qoruyub saxlamağa müvəffəq olan bu şəbəkəyə daxil olan otellər dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşdür.

Beynəlxalq və milli memarlıq üslubunun peşəkarlıqla uzlaşdırıldığı  “Four Seasons Hotel Baku”   klassik və müasir dizaynı ilə seçilir. Bu otel Xəzər dənizinin sahilində, ekoloji təmiz zonada yerləşir.
 “Four Seasons” otellərinə xas mahir ustalıqla inşa edilən yeni memarlıq əsəri “Beaux-Arts” dəbinin parlaq nümunəsi olmaqla tarixiliklə yanaşı, müasir dəbin ahəngini əks etdirir. Bu otelin orijinallığını artıran və daha çox diqqəti cəlb edən amillərdən biri də dizayn zamanı milliliyin diqqətdə saxlanılmasıdır. Təsadüfi deyildir ki, “Four Season Hotel Baku”nun bütün zallarına və toplantı otaqlarına ecazkar Azərbaycan muğamlarının adı verilmişdir. Burada “Segah” adlı 500 nəfərlik böyük ziyafət zalı
da var. Bu zalda xüsusi mərasimlər və digər əlamətdar tədbirlər keçirmək mümkündür. Belə mərasimlərin keçirilməsi üçün həcmcə daha kiçik  - 390 nəfərlik “Rast” zalı da istifadəyə verilmişdir. Otelin “Şur”, “Çahargah”, “Bayatı-Şiraz”, “Hümayun”, “Şüştər” otaqlarında müxtəlif işgüzar görüşlərin keçirilməsi üçün bütün şərait yaradılmışdır. Burada qonaqların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür avadanlıqla təchiz olunmuş müxtəlif idman zalları mövcuddur. Füsunkar mənzərəli 10 prosedur otağı da qonaqların ixtiyarına verilmişdir.
“Four Seasons Hotel Baku” 27 lüks və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan 2 nömrə də daxil olmaqla, ümumilikdə 171 geniş otaqdan ibarətdir. Klassik interyeri, göz oxşayan rəng çalarları və gözəl balkonları ilə diqqəti çəkən otaqlar yüksək texnologiya ilə təchiz olunmuşdur. Otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək mümkündür. Otelin mətbəxləri də yüksək keyfiyyətli avadanlıqla təchiz olunmuşdur. Bu işi peşəkar mətbəx və camaşırxana avadanlığının quraşdırılması ilə bağlı bir çox layihələrdə iştirak edən “Minox” şirkəti həyata keçirmişdir. Son dəbdə yaradılan otelin fəaliyyətə başlaması ümumilikdə 350-yə yaxın yeni iş yerinin açılması deməkdir.
Oteldə şüşə tavanlı hovuz da var. Çoxdilli xidmətlərin mövcud olduğu, şəhərin əyləncə məkanlarını asanlıqla tapmaq və tarixi yerlərə, çimərliklərə səyahət etmək üçün nadir məkanda yerləşən “Four Seasons Hotel Baku”nun fəaliyyəti bununla bitmir. Otel həm də Azərbaycanın görməli yerlərinə və bölgələrinə turist səfərləri planlaşdırmaq imkanına malikdir.
 Nəzərə çatdıraq ki, otelin açılış mərasimində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak etmişdir. O, Azərbaycanda “Four Seasons” otelinin açılışını yüksək qiymətləndirmiş və bu hadisədən çox şad olduğunu bildirmişdir: “Four Seasons” dünya şöhrətli otellər şəbəkəsidir və bir keyfiyyət rəmzidir. Mən çox şadam ki, otel həm xarici görünüşü, həm daxili dizaynı baxımından ən yüksək standartlara cavab verir. Hesab edirəm ki, “Four Seasons” otellərin arasında öz gözəlliyi ilə seçiləcək, fərqlənəcəkdir. Deyə bilərəm ki, Azərbaycanın ən gözəl oteli hazırda məhz “Four Seasons” otelidir.
Otel bir sənət, memarlıq əsəridir. Daxili dizayn zövq oxşayır. Burada hər şey böyük zövqlə, böyük məhəbbətlə təşkil edilibdir. Otaqlar çox rahatdır. Geniş iclas yerləri, istirahət zonaları, restoranlar, barlar, yəni, bir sözlə burada olan səviyyə artıq özü bir səviyyəni müəyyən edir.

Dövlət başçısı otel əməkdaşlarının  əksəriyyətinin Azərbaycan vətəndaşları olmasından da məmnun olduğunu bildirmişdir.