Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Azərbaycan regionda ən güclü orduya malikdir

26 iyun tarixi hər il ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ordu quruculuğu sahəsində əməli addımlar atılmışdır ki, bu da həmin il iyunun 26-da Milli ordunun yaranması barədə fərman verilməsi ilə nəticələndi. Bu isə Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verən qərar idi.

23 ay müstəqil fəaliyyət göstərən AXC Sovet ordusu  tərəfindən işğal olunsa da, Azərbaycan 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyi bacardı. 1992-ci il 18 sentyabr tarixli fərmanla  9 oktyabr Azərbaycan  Silahlı Qüvvələr Günü kimi elan edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanına əsasən isə əvvəlki fərman qüvvədən düşmüş və 26 iyun tarixi Silahlı Qüvvələr Günü olaraq elan olunmuşdur.

Qeyd edək ki, Azərbaycan ordusu 1918-1920-ci illərdə bir çox hərbi əməliyyatlarda iştirak etmiş, Qafqaz İslam Ordusu ilə birgə Göyçay ətrafında bolşevik-daşnak hərbi birləşmələrinin darmadağın edilməsi, Bakının azad olunması, Muğanda bolşeviklərin separatçı hərəkətlərinin qarşısının alınmasında mühüm rol oynamışdır. Milli ordu, eyni zamanda,  1920-ci ilin mart ayında Əsgəran döyüşündə erməniləri məğlubiyyətə uğradaraq, onları Qarabağ və Zəngəzurdan çıxarmağa nail olmuşdur. 1991-1994-cü illərdə isə cəbhədəki bəzi uğursuzluqlara baxmayaraq, Azərbaycan ordusu Ağdərə, Qubadlı, Laçın-Hocaz, Horadiz kimi uğurlu taktiki hücum əməliyyatlarını, Tərtərin və Beyləqanın müdafiəsini təşkil etməyi bacarmışdır.

Hazırda milli ordumuz  regionda ən böyük ordudur.  Azərbaycan Silahlı Qüvvələri əsasən Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları və onun strukturuna daxil olmayan Sərhəd Qoşunları, Daxili Qoşunlar, Milli Qvardiya, Ədliyyə Alayından ibarətdir. Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən müasir silah və texnikalara sahib olmaqla yanaşı, ən çox şəxsi heyətə malik olması ilə də seçilir. Milli  ordusunun formalaşmasında, eyni zamanda,  Türkiyənin rolu böyükdür. Azərbaycan hərbçiləri yalnız ölkə daxilində deyil, müxtəlif ölkələrdə  beynəlxalq missiyaların tərkibində də sülhyaratma əməliyyatlarında iştirak etmişdir.

Silahlı Qüvvələr Günü münasibətilə hər il iyunun 26-da ölkədə hərbi parad təşkil olunur. Paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin şəxsi heyəti, çoxsaylı hərbi texnika və silah sistemləri, o cümlədən modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən silah, döyüş vertolyotları, təyyarə, gəmi və qayıqları nümayiş etdirilir. Bütün bunlar isə ölkəmizdən hərbi qüdrətindən xəbər verir. Prezident İlham Əliyev çıxışlarının birində Azərbaycan ordusunun qüdrətindən söz açmış və  “Milli Ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etməyə hər an hazırdırlar. Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur” demişdir.

Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan paradlar  üçrəngli bayrağımızın tezliklə işğal altında olan Vətən torpaqlarında əzəmətlə dalğalanacağına olan ümidlərimizi daha da artırır.

                                                                             

 

Mətanət Hüseynova