Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Bir kərə yüksələn bayraq bir daha enməz

Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 94-cü ili tamam olur. Məhz bu tarixi gündə Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Müstəqilliyimizin bərpasından sonra bu bayram münasibətilə hər il ölkəmizdə keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə, onun tarixdəki yeri və roluna bir daha nəzər salınır.

1918-ci il may ayının 28-də Azərbaycan milli şurası istiqlal bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu sənəddə   Azərbaycanın qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracağı, millət, məzhəb, sinif və cins fərqi görmədən bütün vətəndaşların siyasi hüquqlarını təmin edəcəyi bildirilirdi.

 ADR Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.  Əsası Məmməd Əmin Rəsulzadə tərəfindən qoyulan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çox əsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. AXC dövründə görülən tədbirlərə demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması kimi işlər daxildir.

Təhsil, mədəniyyət, incəsənət də AXC dövründə xüsusi diqqətdə saxlanılan məsələlərdən olmuşdur. Bu baxımdan tədris müəssisələrinin milliləşdirilməsi, 1919-cu il sentyabrın 1-də Dövlət Universitetinin təşkili haqqında qanunun qəbulu ilə milli təhsil ocağının əsasının qoyulması, Bakıda ümumi kitabxana təşkil edilməsi məsələsinin qaldırılması xüsusilə əhəmiyyətli hadisələrdəndir.

AXC dövründə Azərbaycanda ilk muzey - “İstiqlal” muzeyi təşkil olunmuş, 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdır. Ümumiyyətlə isə istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri, dövlətin teatr sənətinə fəal yardımı, cəmiyyət həyatında teatrın rolunun artması ilə əlamətdardır. 

Bu gün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bilmədiyi demokratik şəraiti 94 il bundan əvvəl yaradan Müstəqil Azərbaycan Cümhuriyyətini rəsmi surətdə ilk olaraq  Osmanlı dövləti tanıtmışdır. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Bolşeviklərin  hücumu ilə devrilməsinə baxmayaraq, istiqlal ideyası,  M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı yaşadı və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Müstəqil Azərbaycan Respublikası  Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesini uğurla davam etdirdi. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qoruyub-saxlamağı, möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər gördü. Bütün bunların nəticəsi olaraq bu gün ölkəmizdə müxtəlif sahələrdə qazanılmış nailiyyətlər qürur doğurur.

Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

 

Hüseynova Mətanət