Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Böyük qələbəyə Azərbaycan alimlərinin töhfəsi

 ...1941-1945-ci illər müharibəsi tarixən uzaqlaşdıqca Vətənin azadlığı və müstəqilliyi uğrunda mübarizədə insan ruhunun heyrət doğuracaq ucalığı, mənəvi  zənginliyi, əsl vətənpərvərliyin dərinliyi özünü daha  aydın göstərir. Müharibənin qurtarmasından bizi zaman  etibarilə, demək olar ki, altmış yeddi  il ayırır. Bu gün Azərbaycan  xalqının gənc nəslinə öz tarixini öyrənməyə, güclü vətənpərvərlik hissinin tərbiyə edilməsinə böyük ehtiyac vardır.

Faşizm üzərində Böyük qələbədə Azərbaycanın və  onun paytaxtı Bakının xidmətləri ölçüyəgəlməzdir. Keçmiş  SSRİ-də 40-cı illərin əvvəlində istehsal olunan neftin 80 faizini Bakı verirdi, cəbhənin isə yanacaq-sürtkü  materiallarına olan tələbatının 96 faizini o təmin edirdi.

Azərbaycandan müharibəyə 700 mindən çox adam getmişdi və onların 420 mindən çoxu döyüş meydanlarında qəhrəmanlıqla həlak olmuşdu. 123  Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq  görülmüşdü. Onlardan biri – general mayor Həzi Aslanov  bu rütbəyə iki dəfə yüksəlmişdir. O da məlumdur ki, Bakı  hospitallarında 1 milyona yaxın cəbhəçi şəfa tapmış,  Azərbaycan vətəndaşlarının verdiyi 33 ton donor qanı on minlərlə insanın həyatını xilas etmişdir.

Vətənin taleyi təkcə cəbhədə həll olunmurdu, o daha  çox xalqın bütün maddi imkanlarının, insani və mənəvi-əxlaqi qüdrətinin səfərbərliyə alınmasından asılı idi. Bu  mühüm vəzifənin həllində elmə və bu sahədə çalışan insanlara xüsusi yer ayırılırdı. Ölkənin bütün elmi potensialından səmərəli istifadə etmədən nə uzunmüddətli müharibəyə tab gətirmək, nə də hərbi istehsalın artımını təmin  etmək mümkün olardı. 1941-1945-ci illər müharibəsində  Azərbaycan alimlərinin çoxcəhətli fəaliyyəti Azərbaycan  tarix elminin çox aktual, ancaq hələ yetərincə tədqiq  olunmamış problemlərindəndir.

Müharibə alimlərin güc və dayanıqlığının, onların  Vətənə sədaqətli  olmalarının ciddi sınaq meydanına çevrildi.  Onlar düşmənin darmadağın edilməsində böyük rol oynayaraq bu ağır imtahandan üzü ağ çıxa bildilər.  Odur ki, Böyük Qələbənin 67-ci ildönümü ərəfəsində  respublika alimlərinin ən şanlı tarixi dövrlərindən biri ilə bağlı onların yaradıcılığına müraciət edilməsi  heç də təsadüfi deyildir, belə ki, bu gün üzləşdiyimiz olaylar baxımından bu məsələnin işıqlandırılması böyük  tarixi-elmi, siyasi və əməli əhəmiyyət daşıyır.

1941-1945-ci illər müharibəsi dövründə Azərbaycanda  elmi-tədqiqat işləri xüsusi intensivliklə aparılmışdı. Müharibə alimlərin fəaliyyət xarakterini kəskin surətdə dəyişdi, lakin o, elmi fikri dayandıra, elmi həyatı donmağa məcbur edə bilmədi. Alimlərin özləri etiraf edirlər ki, əmin-amanlıq dövründə elmi işlər heç vaxt belə ruh yüksəkliyi ilə, bu qədər gərgin və məhsuldarlıqla aparılmamışdı...

Müharibənin əvvəlində Azərbaycanda mühüm problemləri yüksək elmi səviyyədə həll etməyə qadir olan kifayət qədər elmi potensial, geniş yayılmış elmi müəssisələr şəbəkəsi mövcud idi. 1940-cı ildə respublikada 60 elmi müəssisə, o cümlədən 23 elmi-tədqiqat institutu, onların filialları və şöbələri fəaliyyət göstərirdi. Alimlərin kütləvi halda repressiyaya məruz qalmalarına baxmayaraq, müharibə öncəsi ölkəmizdə artıq milli ziyalı təbəqəsi o cümlədən onların əsas dəstələrindən biri olan elmi kadrlar formalaşmışdı.

Ağır müharibə illərində Azərbaycan elminin qabaqcıl ziyalıları – Məzahir Abasov, Həsən Əliyev, Maqsud Əliyev, Fərhad Əhmədbəyli, Qoşqar Əliyev, Ziya Bünyadov, İsmayıl İbrahimov, Məcid Mərdanov, Əhməd Mahmudov, Şəfayət Mehdiyev, Şıxbala Əliyev, Yusif Məmmədəliyev, Mirəsədulla Mirqasımov, Mirəli Qaşqay, Üzeyir Hacıbəyov, Mustafa Topçubaşov, İzzət Orucova və başqaları öz əməlləri ilə Azərbaycanın XX əsr tarixinin ən gözəl və şanlı səhifələrindən birini yazmış oldular...

Biz müharibənin dəhşətlərini, milyonlarla insanın əzab  və ölümünü heç vaxt  unutmamalıyıq. Biz faşizmin insanlığa qarşı həyata keçirdiyi cinayətləri yaxşı xatırlayırıq, çünki pisliyin vaxt məhdudiyyəti yoxdur. Biz öz həyatlarını bizim  azadlığımız yolunda qurban verənlərə, müharibənin od-alovundan keçənlərə və dağıdılmış evləri, zavodları, şəhərləri, elmi bərpa edənlərə bütün varlığımızla minnətdarıq. Biz  hitler kaoliasiyasının darmadağın edilməsində Azərbaycan  xalqının özəl payı olduğunu heç vaxt unutmayacağıq.