Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Xalqımız son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində ağır məhrumiyyətlərə məruz qalmışdır. Məhz bu siyasətin davamı olaraq, erməni millətçiləri Oktyabr çevrilişindən sonra bolşeviklərlə ittifaq yaradaraq, Azərbaycan xalqının keşməkeşli tarixində daha bir faciəli səhifə açmağa nail oldular. Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə 1918-ci ilin 31 martında ermənilər tərəfindən Azərbaycanın ayrı-ayrı bölgələrində kütləvi qırğınlar həyata keçirilmişdir. Soyqırımı zamanı on minlərlə insan erməni vəhşiliyinin qurbanı olmuşdur. Bu soyqırımı Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəranda da xüsusi qəddarlıqla davam etdirilmişdir. Qədim Azərbaycan şəhəri Şamaxı dəhşətli talan və vəhşiliklərə məruz qalmış, Quba qəzasında 3 dəfə qırğın törədilmişdir. Daşnak-bolşevik birləşmələri Cənubi Dağıstanda, Bakıdan Dərbəndə qədər böyük ərazidə azərbaycanlıların soyqırımını həyata keçirmək niyyətində idilər.

1918-ci ilin mart-aprelində çoxlu sayda insan qətlə yetirilmiş, on minlərlə insan öz torpaqlarından qovulmuşdur. Şamaxıda 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvanda 211, Qars əyalətində 92 kənd tamamilə yerlə yeksan edilmişdir. Ermənilər Bakıda dünya memarlığının ən gözəl nümunələrindən sayılan  “İsmailiyyə” binasını yandırmış, Təzəpir məscidini top atəşinə tutmuşlar. Həmin dövrü əhatə edən və 1918-ci ildə Bakının dağılmağını əks etdirən fotoşəkillər də deyilənləri bir daha təsdiqləyir.

Törədilən dəhşətlərin şahidi olmuş Kulner familiyalı bir alman “...Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər..., - deyə yazırdı.

Xalqımıza qarşı törədilən qırğınlar zaman-zaman erməni millətçiləri tərəfindən etiraf edilmişdir. Müxtəlif ərazilərdə azərbaycanlıların soyqırımının fəal iştirakçılarından olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər» adlı kitab yazmışdır. Müəlliflə söhbət zamanı Apresyan ermənilərin ingilislər və Rusiyanın köməyilə məqsədlərinə çatdığını, mart qırğını zamanı təkcə Bakıda 25 min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.

Azərbaycanlıların soyqırımı və tarixi torpaqlarının işğalı prosesinə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi qiymət verilməsinə cəhd olunmuş,  hadisənin tədqiqi məqsədilə komissiya yaradılmışdır. AXC tərəfindən 2 dəfə - 1919 və 1920-ci illərdə 31 mart ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin  bu işlər  AXC-nin süqutu ilə əlaqədar yarımçıq qalmış, baş vermiş cinayətlər sovet mətbuatında özünün siyasi-hüquqi qiymətini tapmadığından, faktlar təhrif olunmuş və saxtalaşdırılmışdır. Respublikamız yalnız  müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin 1998-ci il martın 27-də imzaladığı “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” fərmanla 31 mart xalqımızın soyqırımı günü kimi elan olunmuşdur.  Hazırda isə Prezident İlham Əliyev tərəfindən hadisələrin beynəlxalq aləmdə əsl qiymətini alması istiqamətində ciddi işlər görülməkdədir.   Bunun nəticəsidir ki, müxtəlif illərdə çoxsaylı ölkələrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı müxtəlif tədbirlər keçirilmiş və ermənilərin Xocalıda, o cümlədən, Azərbaycanın digər bölgələrində törətdikləri soyqırımı ilə əlaqədar dolğun məlumatlar verilmişdir. Fransa hökumətinin qondarma erməni soyqırımını dəstəkləməyə çalışması Azərbaycan xalqına qarşı haqsızlıq olsa da, qardaş Türkiyənin bizi dəstəkləməsi keçirilən tədbirlərin heç də əhəmiyyətsiz olmadığını bir daha təsdiqləmişdir. Yalnız ölkəmizdə deyil, xaricdə də keçirilən bu tipli tədbirlər haqq səsimizin gələcəkdə bütün dünyada yayılacağına inam hissi yaradır.

Biz isə bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət diləyirik.

                                                                               

                                                                                         Mətanət HÜSEYNOVA