Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Qadın xoşbəxt olmaqdan çox xoşbəxt etməyi düşünür

Qols Arno

Qadınlar  dünyanın bəzəyidir - gözəlliyi, cazibəsi, təravəti ilə. Müdriklik, təmkin, xeyirxahlıq, bağışlamağı bacarmaq kimi keyfiyyətlər qadına xasdır.

Deyirlər kişilərdə dağı yerindən tərpətmək gücü var, lakin onu hansı səmtə yönəltməyi qadın daha doğru müəyyən edə bilər. Əbəs yerə demirlər ki, hər güclü kişinin arxasında bir ağıllı qadın dayanır.

Qadınlar əqidəsinə sadiq, daim ədalət naminə çarpışırlar, hər çətin məqamda sülh-barışıq yaratmağa qadirdirlər. Gələcəyə - xoşbəxtliyə ümidlə baxır, ailəsi, yaxınları naminə çox şeyi qurban verirlər.

Qadınları  sevin, onların sizin sevgi dolu baxışlarınıza ehtiyacı var.

Qadınları uca tutun, onlar bu ehtirama layiqdirlər.

Qadınlara  xoş sözlər deyin, bu, onlara yaşamaq və yaratmaq eşqi verir.

Qadınlar həyatımızı canlandıran, ömrümüzü rövnəqləndirən sevgi çırağıdır. Bu çırağı sönməyə qoymayın.