Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər
Avropa Komissiyası Joze Manuel Barrozunun Bakıda səsləndirdiyi bəyanatın ixtisarla saytda yerləşdirilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin etirazına cavab verib. Azərbaycanın Avropa İttifaqındakı daimi nümayəndəsi Emin Eyyubova verilmiş rəsmi cavabda qeyd olunur ki, qurum Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma saytda yerləşdirilmiş materiala düzəliş edilməyəcək. 

“Bu gün telefon əlaqəsi yaradaraq Avropa Komissiyası Barrozunun Bakıda səfərdə olarkən Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə bəyanatını bir daha təsdiq edib. Avropa Komissiyası bu mövqedən geri çəkilmədiyini bir daha qəti şəkildə bildirib. Öz tərəfimizdən bu cür yanaşmanın Avropa İttifaqı-Azərbaycan münasibətlərində etimadı şübhə altına qoya biləcəyi bildirilib. Eyni zamanda qeyd edilib ki, Azərbaycan tərəfi Avropa Komissiyasının bu məsələyə yenidən baxacağını və yaranmış vəziyyətin tam şəkildə aydınlaşdırılması üçün lazımı tədbirin görülməsini gözləyir”,- deyə Azərbaycanın Avropa İttifaqındakı nümayəndəsi Emin Eyyub bildirib. 

Avropa İttifaqının rəsmisi Maykl Karntişniq isə qurumun rəsmi saytında Barrozunun Bakıdakı çıxışının ixtisarla yerləşdirilməsini texniki səbəblərlə əlaqələndirir: “Avropa Komissiyası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Barrozu da bunu dedi. Azərbaycanın ərazi bütövlüyü məsələsinə hörmətlə yanaşmaq Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas açarıdır. Barrozu dedi ki, bu problem Helsinki yekun aktının prinsipləri çərçivəsində sülh yolu ilə həll olunsun. Amma biz internet saytında əvvəlcədən hazırlanmış çıxışı yerləşdirmişik. Ola bilsin ki, Barrozu sonradan çıxışına hansısa düzəliş edib. Müəyyən fikirlərin saytda yerləşdirilməməsinin heç bir xüsusi səbəbi yoxdur. Biz yerləşdirdiyimiz çıxışa düzəliş etməyəcəyik”. 

Xatırladaq ki, yanvarın 13-14-də Bakıda səfərdə olan Barrozo birmənalı olaraq təmsil etdiyi qurumun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etmişdi. Amma onun bəyanatının bu hissəsi Avropa Birliyinin rəsmi saytında əks olunmayıb ki, Bakıda bunu ikili standartların təzahürü sayırlar. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun təmsilçisinin elektron ünvanı "michael.karnitschnig@ec.europa.eu”-dur. Hər bir Azərbaycan vətəndaşının hüququ var ki, ölkənin ərazi bütövlüyünü bu ünvana ən azı məktub göndərməklə qorusun.