Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər
Dekabrın 28-də Bakının Xəzər rayonunun Bilgəh qəsəbəsində “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva açılış mərasimində iştirak etmişlər. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya gül dəstələri təqdim edildi. Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, “Jumeirah Bilgah Beach Hotel” kompleksi “Jumeirah Group”un MDB məkanında ilk otelidir. Beynəlxalq səviyyəli nadir memarlıq incilərindən olan bu otelin Bakıda tikilməsi ölkəmizdə turizmin inkişafının istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricidir. Bildirildi ki, “Azinko Holdinq” şirkəti tərəfindən tikilən otel 12 hektar ərazini əhatə edir. Burada inşa edilmiş tikililərin ümumi sahəsi 73,6 min kvadratmetrdir. Otel binasının sahəsi isə 54 min kvadratmetrdir. Qeyd edildi ki, 20 mərtəbədən ibarət oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılmışdır. Burada ümumi sahəsi 4 min 670 kvadratmetr olan 350 avtomobil yerlik qarajlar da vardır. Diqqətə çatdırıldı ki, otelin dəniz çimərlik hissəsində eyni vaxtda 600 qonağın istirahəti üçün hər cür şərait yaradılmışdır. Kompleksin dənizkənarı sahilə çıxışında 250 nəfərlik “Promenad Lounge”, dənizin içərisində, estakada üzərində isə 400 nəfərlik “Pier Grill” restoranları turistlərə yüksək xidmət göstərəcəkdir. Ümumilikdə oteldə 9 restoran, bar və gecə klubu vardır. Məlumat verildi ki, otel kompleksindəki Talise SPA və Sağlamlıq Mərkəzi də müasirliyi ilə diqqət çəkir. Burada, həmçinin müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 450 nəfərlik konfrans zalı da vardır. Prezident İlham Əliyev otelin kollektivi ilə görüşdü. Sonra “Jumeirah Group”un icraçı sədri Cerald Loules çıxış etdi. Dövlətimizin başçısı oteldə yaradılmış şəraiti yüksək qiymətləndirdi. Sonda xatirə şəkli çəkdirildi.