Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər
Tezliklə Azərbaycan dünyanı daha bir layihəsi ilə təəccübləndirəcək. Azərabaycanın “Avesta” Konserni Xəzərin qoynunda “Xəzər Island”, yəni “Xəzər adaları” adlı şəhər salır. “Xəzər adaları” 8 km dənizin içərisinə doğru uzanan süni adaların üstündə salınır. Artıq Qaradağ rayonu ərazisindəki dağlardan əraziyə maşın-maşın torpaq da gətirilir. Tikinti işləri isə 4 km dənizin içərisinə doğru aparılır. Ərazidə bir neçə restoran və yaşayış binalarının tikintisinə start verilib. Şəhərə aparan yolun bir hissəsi isə asfalt qatı ilə örtülüb. Bir milyon əhalinin yaşaması üçün nəzərdə tutulan şəhər bütövlükdə 25 ilə hazır olacaq. Amma 2016-cı ilə qədər şəhərin 10 faizi istifadəyə veriləcək ki, bu da ilkin mərhələdə 100 min əhalinin burada yaşaması deməkdir. Amma burada yaşamaq istəyənlər üçün məsrəflər də ucuz deyil. Mənzillərin bir kvadrat merti 3500 manatdan başlayacaq. Xüsusilə şəhər elitasının maraqlarına uyğun olan bu məkandan arzu edənlər bank sənədləşməsi olmadan ipoteka yolu ilə mənzil ala bilərlər. Layihənin müəllifi İbrahim İbrahimov Xəzər adalarının möhtəşəmliyilə dünyaya səs salacağına inandığını bildirib. “İdeya gəldi, vərəq tapmadım qeyd etməyə, bir köynək aldım, onun kartonunu çıxarıb, ilkin versiyanı çəkdim və sonra yerli memarlara verdim. 7 günə möhtəşəm bir layihə hazır oldu. Bu layihə xalçanın naxışlarıdır”, - deyə İbrahim İbrahimov vurğulayıb. Dünyanın ən hündür, 185 mərtəbədən ibarət oteli burada olacaq Layihə rəhbəri İbrahim İbrahimovun sözlərinə görə, 185 mərtəbədən ibarət otel binası Dubaydakı Burc Xəlifədən də hündür olacaq. “Mən həmin Bürc Xəlifəni tikən şirkətlə danışmışam. Onları bu binanı Bürc Xəlifdən 50 metr hündür tikməyə çox çətinliklə də olsa, razı salmışam”. Layihə rəhbəri deyib ki, su üzərində salınan şəhər 30 min kvadrat metr ərazini əhatə edəcək. Bunun da 20 min kvadrat metri insanların yaşaması üçün nəzərdə tutulub. 10 min kvadrat metrdə isə ticarət obyektləri, idarə müəssisələri, stadionlar, əyləncə mərkəzləri, formula-1, formula-2 yarışları üçün məkanlar fəaliyyət göstərəcək. Yaşayış binaları 25 mərtəbədən hündür olmasa da, otellər hündürlüyü ilə fərqlənəcək. Məsələn, dünyanın ən hündür, 185 mərtəbədən ibarət oteli məhz burada olacaq. Layihə 2 ilə hazırlansa da, ərazidə tikinti işləri artıq 10 aydır ki davam edir. Burada maraq çəkən məqamlardan biri də şəhərin hər bir tərəfdən bulvar ilə əhatə olunmasıdır. Elə ən uzun bulvar da məhz su üzərindəki Xəzər adaları şəhərində olacaq. Bu bulvarın uzunluğu 150 km-ə çatacaq. Diqqət çəkən daha bir məqam isə bu şəhərin küçələrində işıqforun nəzərdə tutlmamasıdır. Çünki, burada yollar kəsişməyəcək. “Yollar 4 cərgədən ibarət olacaq. Körpünün üstündə 5 zolaqlı xətt olacaq. Biz bunu nəzərə almışıq ki, Qaradağ rayonu böyüyəndə biz daha yolu böyütməyək”, - deyə İ. İbarhimov qeyd edib. Layihə rəhbəri deyib ki, şəhərə içməli su xətti artıq çəkilib. Dəniz suyunun şirin suya çevrilməsi üçün isə xüsusi cihazlar quraşdırılır. Kollektor sisteminin çəkilməsinə də, xüsusi nəzarət olunur ki, sonradan şəhəri qazmağa ehtiyac yaranmasın. Xəzər adaları həm də “EKO” şəhər olacaq. Çünki, burada günəş enerjisindən istifadə nəzərdə tutulur. Sahildə 200 meqavatlıq elektrik enerjisi stansiyası olacaq. Qazla işləyən isti su borularla bütün şəhərə paylanacaq və bütün binalara veriləcək. Müəllif inanır ki, bu ecazkar şəhər bütün dünya turistlərinin marağını Azərbaycana cəlb edə biləcək.