Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

XALQ ÜÇÜN DÖYÜNƏN ÜRƏK

Dekabrın 24-də Prezident İlham Əliyevin 50 yaşı tamam olur. 8 ildir dövlətimizə rəhbərlik edən  İlham Əliyev bu gün böyük öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir.  

Prezident İlham Əliyevin gərgin əməyi, həyata keçirdiyi islahatlar və praqmatik siyasət Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaşa və regionda lider dövlətə çevirmişdir. Azərbaycan uğurla dünya birliyinə inteqrasiya olunur.  Sosial-iqtisadi sahədə misli görünməmiş irəliləyişlərə nail olunmuşdur. 

Bu gün Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü ordudur. Azərbaycanda sabitlik, əmin-amanlıq qorunub saxlanır, xalqımız gündən-günə daha yaxşı yaşayır.

2003-cü ildə İlham Əliyev prezident seçiləndə Azərbaycanda yoxsulluğun səviyyəsi 50% idisə, 2011-ci ildə  9% təşkil etmişdir. Eyni dövürdə minimum əmək haqqı 12 manatdan 93,5 manata, dövlət büdcəsi 1,3 milyard manatdan 17 milyard manata yüksəlmişdir.

Bu yaxınlarda ölkəmiz daha bir uğurlu addım atmış, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bütün bunlar müstəqil Azərbaycanın son illərdə qazandığı uğurlarından xəbər verir.

“İqtisadiyyat” qəzetinin yaradıcı kollektivi hörmətli Prezidentimiz İlham Əliyevi 50 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, can saglığı arzulayır, müstəqil Azərbaycanın çiçəklənməsi, daha da inkişaf etdirilməsi yolunda uğurlar diləyir!

 “İQTİSADİYYAT”