Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Minimum əmək haqqı 85 manatdan 93,5 manata artırılacaq

 Milli Məclis "2012-ci ildə ehtiyac meyarı haqqında", "2012-ci ildə yaşayış minimumu haqqında" qanun layihələrini təsdiqləyib. 2012-ci ildə ehtiyac meyarının səviyyəsinin hazırkı 75 manatdan 84 manata çatdırılması planlaşdırılır. Dövlət büdcəsi layihəsinə görə, 2013-cü ildə bu göstərici 92 manata, 2014-cü ildə 100 manata, 2015-ci ildə 106 manata çatdırılacaq.

Gələn il ölkə üzrə yaşayış minimumu hazırkı 95 manatdan 108 manatadək, eləcə də əhalinin əmək qabiliyyətli hissəsi üçün 102 manatdan 116 manatadək, pensiyaçılar üçün 72 manatdan 84 manatadək və uşaqlar üçün 76 manatdan 87 manatadək artırılacaq.

2013-cü ildə Azərbaycanda yaşayış minimumunun 120,2 manata, 2014-cü ildə 127,7 manata, 2015-ci ildə 135,1 manata çatdırılması planlaşdırılır.

Bununla yanaşı, 2013-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun 130 manata, 2014-cü ildə 138 manata, 2015-ci ildə 146 manatadək, pensiyaçılar üçün 2013-cü ildə 101 manata, 2014-cü ildə 107 manata, 2015-ci ildə 114 manata, uşaqlar üçün 2013-cü ildə 99 manata, 2014-cü ildə 106 manata, 2015-ci ildə 112 manatadək artırılacağı proqnozlaşdırılır.

Proqnozlara görə, 2012-ci ildə minimum əmək haqqı 2010-cu və 2011-ci ildəki 85 manat səviyyəsindən 93,5 manatadək artırılacaq. 2013-cü ildə bu göstərici 120,2 manata, 2014-cü ildə 127,7 manata, 2015-ci ildə 140 manata çatdırılacaq.

Layihəyə görə, sosial müavinətlərin minimum məbləği 10 manat təşkil edəcək və hər il beş manat artaraq 2015-ci ildə 25 manat olacaq. Ötən il olduğu kimi, cari ildə də sosial müavinətlərin minimum məbləği 5 manat təşkil edəcək.

2015-ci ilədək doktorantlar, tələbələr və şagirdlər üçün təqaüdlərin minimum məbləğində dəyişiklik gözlənilmir - yaxın dörd il ərzində 30 manat səviyyəsində saxlanacaq.