Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər
Ötən gün Pirəkəşkül qəsəbəsinin yaxınlığında Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə ilk ceyran sürüsü buraxılıb. Prosesi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyib. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verdi ki, Heydər Əliyev Fondu ekologiyanın və təbii mühitin tarazlığının qorunması, ekoloji tarixin və ölkə ərazisindəki bioloji müxtəlifliyin mühafizəsində müstəsna əhəmiyyət daşıyan “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinə dəstəyi davam etdirir. Abşeron rayonunun inzibati ərazisinə aid olan və Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığındakı bu arealda ceyranların sayının artırılması məqsədilə 2010-2011-ci illəri əhatə edən “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi icra olunur. Acınohur-Sarıca düzləri, Bozdağ silsiləsi, Mil düzü və Qobustan-Cəngiçay ərazilərini əhatə edən layihəyə əsasən, həmin ərazilərə daha çox ceyran köçürülməsi məqsədilə Şirvan Milli Parkından bu areallara ceyranlar gətirilir. Qobustan-Cəngiçay ərazisi ceyranların yaşaması üçün həm də zəngin bitki örtüyünə malikdir. Ərazidə tarixən böyük ceyran populyasiyası mövcud olub. Hazırda ceyranların burada məskunlaşması və yaşaması üçün bütün müvafiq tədbirlər həyata keçirilir. Dövlətimizin başçısına ceyranların tarixi məskənləri sayılan ərazilər və burada görülən işlər barədə məlumat verilib. Prezident İlham Əliyev ölkə ərazisində ceyranların yaşadıqları tarixi arealları əks etdirən stendlərə baxıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 2003-cü il 5 iyul tarixli sərəncamı ilə yaradılan Şirvan Milli Parkı ceyranların sayının davamlı artırılmasına şərait yaradıb. Şirvan Milli Parkında ekoturizm mərkəzi, ekoturizm şəhərciyi və muzey yaradılıb, ən müasir avadanlıqla təchiz olunub. Ceyranların bəslənmə və artırılma bazası sayılan Şirvan Milli Parkının yaradılması və həyata keçirilən mühafizə tədbirləri nəticəsində bu nadir heyvanların sayı sürətlə artırılaraq 9 minə çatıb. Bu isə ceyranların tarixi ərazilərdə reintroduksiyası üçün zəmin yaradıb. Bu səbəbdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsinin reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsini həyata keçirir. Qobustan-Cəngiçay ərazisi də ceyranların tarixi areallarından biri sayılır və layihəyə əsasən buraya 150 ceyranın köçürülməsi nəzərdə tutulur. Layihəyə uyğun olaraq, mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması, quraq ərazilərdə su təminatı və yem tələbatının ödənilməsi, ceyran populyasiyasının mühafizəsinin gücləndirilməsi məqsədilə çevik antibrokonyer qrupların yaradılması və zəruri avadanlıqla təchiz edilməsi, layihə ərazisində müntəzəm monitorinqlərin keçirilməsi, vacib biotexniki tədbirlərin aparılması, ərazidə və ətrafda məskunlaşmış əhalinin ekoloji maarifləndirilməsi istiqamətində intensiv işlər görülüb. Qeyd olunub ki, nadir növ olan ceyranın mühafizəsinin gücləndirilməsi bu növün areallarının genişləndirilməsinə və yüz illər boyu mövcud olmuş təbii arealın yenidən bərpasına təkan verəcək. Qobustan-Cəngiçay alçaq dağlıq vadisində Qobustan- Cəngiçay Dövlət Təbiət Yasaqlığının yaradılması buraya reintroduksiya ediləcək ceyranların, həmçinin təbii bitki örtüyünün mühafizəsinə də şərait yaradacaq. Prezident İlham Əliyev Azərbaycan Respublikası ərazisində ceyranların məskunlaşması və reintroduksiyası ərazilərini əks etdirən xəritəyə də baxıb. Dövlət başçısı ceyranların keçmiş və indiki məskunlaşma arealları, miqrasiya dəhlizləri haqqında məlumatlarla tanış olub. Bildirilib ki, ceyranların mühafizəsinin reintroduksiyası və tarixi areallarının yenidən bərpası layihəsinə əsasən Qobustan-Cəngiçay ərazisi ilə yanaşı, Şirvan Milli Parkında da müvafiq işlər görülür. 65 min hektardan artıq əraziyə malik parkda 9 min başa qədər ceyran saxlanılır. Bu da Avropa məkanında ən böyük ceyran populyasiyasıdır. Beyləqan rayonunda 18 min hektar ərazisi olan Ağgöl Milli Parkında da ceyranların reintroduksiyası uğurla davam etdirilir. Goranboy rayonundakı Korçay Dövlət Təbiət Qoruğunda 300 ceyran, Qax rayonundakı Acınohur və Sarıca düzlərində isə 3 ceyran sürüsü məskunlaşdırılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva üzərində peyk vasitəsilə məlumat toplayan xüsusi siqnalötürücü xaltası olan ceyranı Qobustan-Cəngiçay ərazisinə buraxıblar.