Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Baş redaktordan

Azərbaycanda mətbuat zamanın tələbi ilə inkişaf edib, təkmilləşir. Demokratiya prinsiplərinə sadiq olmaq,  obyektivliyi qorumaq, reallığı olduğu kimi ictimaiyyətə çatdırmaq medianın vacib məsələləridir. Media adlı nəhəng ordunun əsgərləri sayılan jurnalistlərdən fədakarlıq, ləyaqəti və vicdanı ilə cəmiyyətə xidmət etmək tələb olunur. Jurnalistlər bəzən fiziki-mənəvi təzyiqlərə məruz qalsa da, çətinliklərə dözərək  öz vəzifə və vətəndaşlıq borcunu vicdanla yerinə yetirməlidir. Azərbaycan öz  müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə medianın inkişafına dövlət qayğısı gündən-günə artır.  2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, keçirilən müsabiqələr, layihələr, dövlət başçısının verdiyi sərəncamlar  jurnalistlərin əməyinin stimullaşdırılmasına, KİV nümayəndələrinin peşəkarlıq səviyyəsinin artmasına böyük dəstəkdir. Fərəh hissi keçiririk ki, təmsil etdiyimiz  «İqtisadiyyat»  qəzeti də bu diqqətdən kənarda qalmamışdır. «İqtisadiyyat» qəzeti dərc olunmağa başladığı elə ilk vaxtlardan mətbuat tariximizdə öz məzmunu, istiqaməti, mövqeyi baxımından özünəməxsus yer tutmağa nail olmuşdur. Dünya mediasında öz yeri olan Financial Times, Vedomosti, Ekonomi Gazetesi, Ekohaber Gazetesi, İş Dünyası Gazetesi  və s. qəzetlərdən bəhrələnən «İqtisadiyyat» qəzeti daha çox peşəkar iqtisadçıların izlədiyi mətbu orqanı olsa da qəzetimizin səhifələrində cəmiyyətin əlamətdar hadisələri, baş verən yenilikləri  əks etdirilir.Qeyd etmək istərdim ki, oxucular qəzetdən təkcə ölkə iqtisadiyyatı deyil, eləcə də dünya iqtisadiyyatında baş verən dəyişikliklər, yeniliklər haqqında məlumat alırlar. «İqtisadiyyat» qəzeti həm də elmi-analitik mətbuat orqanı sayıla bilər. Çünki qəzetdə iqtisadiyyat elminin nəzəri cəhətdən təhlili məsələləri, həmçinin müasir elmi araşdırmalar, müxtəlif elmi baxışlar, yeni təkliflər öz əksini tapmaqdadır. Bu baxımdan qəzet gənc iqtisadçılar, tələbə və magistr, elmi işlə məşğul olanlar üçün də çox əhəmiyyətli sayıla bilər. «İqtisadiyyat» qəzeti həmçinin dövlətçilik ideyalarına sadiqdir: ölkə prezidentinin  müəyyən etdiyi iqtisadi - siyasət prinsiplərini tam dəstəkləyən bir mətbu orqanı olaraq fəaliyyət göstərir. Qürur hissi ilə qeyd etmək istərdim ki, qəzetdə milli-mənəvi dəyərlərin qorunması, ana dilimizdə mövcud olan  qayda-qanunlardan kənara çıxmamaq, zəngin tariximiz, milli mədəniyyətimizlə bağlı həqiqətləri  ölkə ictimaiyyətinə çatdırmaq əsas məqsədlərimizdən biridir. Qəzetin ilk nəşrindən bizi 12 illik zaman fasiləsi ayırır. Bu illər ərzində -  ölkə mətbuatında qəzet və jurnal bolluğu şəraitində öz sözünü demək, başqalarını təqlid etməməyə çalışmaq, öz mövqeyini qoruyub saxlamaq qəzetimizə  müəyyən nüfuz qazandırmışdır.  Ağrılı yerimiz isə insanlarda qəzetlərə abunə olub və ya köşklərdən alaraq oxumaq meylinin azalmasıdır. Aydındır ki, buna müxtəlif amillər təsir edir: internet, elektron medianın artması, bəzilərinin isə maddi imkansızlığı, eləcə də dərc olunan  qəzet və jurnalların bəzən həddindən artıq çox olaraq insanları çaş-baş salması. Bu gün informasiya axını şəraitində yaşayırıq. Lakin unutmamalıyıq ki, hər deyilən sözü, eşidilən fikri yoxlamadan, təhlil etmədən, «süzgəcdən keçirmədən» oxuculara çatdıraraq onları qıcıqlandırmaq inamsızlıq yarada bilər.Bu gün milli mətbuatımızın atası sayılan Həsən bəy Zərdabi ənənələrinə sadiq qalmaq, mətbuatın  cəmiyyətdə aparıcı qüvvələrdən biri kimi  rolunu düzgün qiymətləndirməyi bacarmaq, onu inkişaf etdirmək də elə məhz medianın üzərinə düşür.  Milli mətbuatımızın yaranmasının 136  yaşı münasibətilə bütün maarifpərvər insanları təbrik edir, həmkarlarımıza  isə bu çətin, lakin məsuliyyətli yolda uğurlar arzulayırıq.