Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər
Ümumi daxili məhsul istehsalı 0,8 faiz artmışdır
 
2011-ci ilin beş ayında ölkə iqtisadiyyatında 17,6 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuş, onun əvvəlki ilin eyni dövrünə nisbətən artım sürəti 100,8 faiz təşkil etmişdir.
Dövlət Statistika Komitəsindən bildirmişlər ki, ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1952,4 manat və ya 2459,9 ABŞ dolları olmuşdur.
İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 8,4 milyard manat və ya ÜDM-in 47,7 faizini təşkil etmişdir.
ÜDM-in 55,1 faizi sənayedə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 6,8 faizi tikintidə, 7,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,4 faizi mehmanxana və iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitə xidmətlərində, 11 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilmişdir.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,3 faizini təşkil etmişdir.