Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər
“Bu il biz müstəqilliyimizin bərpasının 20 illiyini qeyd edəcəyik”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib. Onun sözlərinə görə, müstəqilliyimizin bərpası Sovet İttifaqının dağılması nəticəsində baş verib: “Azərbaycan və bütün başqa müttəfiq respublikalar müstəqil olmuşdur. Azərbaycan isə müstəqilliyini bərpa etmişdir, çünki bizim müstəqilliyimizin tarixi 1991-ci ildən deyil, 1918-ci ildən başlayır. Məhz buna görə Azərbaycanda 28 May günü xüsusi təntənə ilə qeyd olunur. Bizim üçün müstəqilliyimizin əsas tarixi 28 may 1918-ci ildir. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində bütün başqa respublikalarla bərabər Azərbaycan da müstəqilliyə qovuşdu, daha doğrusu, dediyim kimi, müstəqilliyini bərpa etdi. Bu yubileyi biz Azərbaycanda geniş şəkildə qeyd etməliyik”.

“İyirmi il həm böyük, həm də çox da böyük olmayan müddətdir”, - deyən dövlət başçısının sözlərinə görə, Azərbaycanda son 17 ildə, müstəqilliyimizin birinci iki ilini çıxmaq şərti ilə, doğrudan da tarixi nailiyyətlər əldə edilib: “Bu gün danışdığımız bütün uğurlar bu müstəqilliyin nəticəsidir. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Müstəqillikdən qiymətli heç bir şey ola bilməz. İl ərzində biz həm Azərbaycanda, həm də xaricdə müstəqilliyimizin bərpasını qeyd etməliyik. Bu məsələlərlə bağlı yaxın günlərdə mən müvafiq sərəncam da imzalayacağam”.