Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

“Qabaqcıl ölkələrin sırasına düşmək üçün Azərbaycanda iqtisadi, siyasi islahatlar, struktur islahatları aparılır və aparılacaq”

“Azərbaycanda bütün strukturlar, bütün dövlət qurumları müasir tələblərə cavab verməlidir”. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimindəki çıxışında bəyan edib. “Ölkəmiz inkişaf edir, müasirləşir”, - deyən dövlət başçısının sözlərinə görə, Azərbaycan bu gün dünya miqyasında özünə layiq yerini tuta bilib: “Ölkə daxilindəki proseslər müsbət istiqamətdə gedir. Ölkəmiz son illər ərzində böyük və şərəfli yol keçib. Müstəqilliyimizin möhkəmləndirilməsi işində çox önəmli addımlar atılmışdır, böyük nailiyyətlərimiz var. Ölkəmizin uğurlu və uzunmüddətli inkişaf strategiyası icra edilir. Ölkəmiz yeniləşir, abadlaşır, gözəlləşir. Əlbəttə, peşəkar kadrların hazırlanması sahəsində görülmüş işlər bu gün bu reallıqları mümkün edir. Azərbaycanda düşünülmüş iqtisadi və sosial siyasət aparılır, bütün ixtisaslar üzrə peşəkar kadrlar hazırlanır. Biz elə etməliyik ki, Azərbaycanda bütün dövlət qurumları, bütün nazirliklər müasir tələblərə cavab versinlər. Ən qabaqcıl texnologiyalar Azərbaycana gətirilir və gətiriləcək. Biz bunu Fövqəladə Hallar Nazirliyinin timsalında görürük. Ən müasir texniki vasitələr, yanğınsöndürən təyyarələr, helikopterlər, ən müasir maşınlar alınır ki, maddi texniki bazanın möhkəmləndirilməsi işində biz bütün lazım olan səviyyəyə qalxa bilək. Bununla bərabər, peşəkarlığın artırılması mühüm məna daşıyır və bu sahədə böyük uğurlar var.
Belə olan halda müasir tələblərə cavab vermək arzumuz sadəcə olaraq hansısa bir məqsədə çatmaq üçün deyil. Bunun əsas mənası və məğzi ondan ibarətdir ki, Azərbaycanın bütün qurumları operativlik, çeviklik və peşəkarlıq nümayiş etdirərək fəaliyyət göstərsin, müasir standartlara cavab versin və ölkəmiz öz uğurlu inkişafını davam etdirsin”.

Prezident bəyan edib ki, Azərbaycanda ictimai-siyasi sabitlik möhkəmdir və möhkəm qorunur. Onun sözlərinə görə, ölkədə iqtisadi və siyasi islahatlar aparılır, bütün sahələrdə müasirləşmə prosesi gedir: “Biz ən qabaqcıl və inkişaf etmiş ölkələrin sırasına düşməliyik və qarşıya bu məqsəd qoyulub. Bunu etmək üçün iqtisadi, siyasi islahatlar, struktur islahatları aparılır və aparılacaq. Azərbaycanın bütün qurumları yüksək standartlara cavab verməlidir”. “Azərbaycanın sürətli inkişafı özünü bütün sahələrdə göstərir”, - deyən Prezident İlşam Əliyev bildirib ki, Fövqəladə Hallar Nazirliyinin funksiyalarının biri də tikintilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi işlərinə daha da böyük diqqət göstərilməsidir: “Aparılan tikintilər keyfiyyətli olsun və insanların təhlükəsizliyi tam şəkildə təmin edilsin. Bunu etmək üçün, yenə də demək istəyirəm ki, xüsusi avadanlıqlar alınıb və nazirliyin bu sahədəki fəaliyyəti daha da gücləndirilməlidir. Nəzərə alsaq ki, Azərbaycan bu gün böyük bir tikinti meydançasına çevrilib, hər yerdə quruculuq, abadlıq, tikinti işləri aparılır, nazirliyin bu sahədəki funksiyaları daha da böyük məna daşıyır. Baxmayaraq ki, keçən il və 2009-cu ildə dünyada iqtisadi və maliyyə böhranı hökm sürüb, Azərbaycan bu çətin sınaqdan şərəflə keçmişdir, sosial müdafiə məsələləri maksimum dərəcədə həllini tapıb. Bütün iqtisadi layihələr və sənaye layihələri icra edilib, investisiyaların qoyuluşu davam etdirilib. Bir sözlə, Azərbaycan bir daha göstərdi ki, müstəqil ölkə kimi, özünü təmin edən ölkə kimi istənilən çağırışa hazırdır. Baxmayaraq ki, dünyadakı iqtisadi və maliyyə böhranı hələ başa çatmayıb və onun nəticələri Azərbaycanda da özünü büruzə verir, uğurlu fəaliyyətimiz nəticəsində bu böhranın fəsadları Azərbaycanda minimum səviyyəsinə endirilib”.

Fövqəladə Hallar Nazirliyinin yaranmasından beş il keçdiyini xatırladan dövlət başçısı deyib ki, bu müddət ərzində nazirliyin bütün strukturları formalaşıb və bu gün müasir tələblərə cavab verir. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin yaranması ölkəmizin həyatında çox əlamətdar bir hadisə idi. Prezidentin fikrincə, həyat göstərdi ki, nazirliyin yaranmasında böyük zərurət var idi. “Son beş il ərzində nazirliyin maddi-texniki bazası yaradıldı, müasir texniki vasitələr, avadanlıq alındı”, - deyən İlham Əliyev bildirib ki, Nazirliyin əməkdaşları nəinki ölkə daxilində, xaricdə peşəkarlıqlarını nümayiş etdiriblər. Onun sözlərinə görə, başqa ölkələrdə baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işində FHN əməkdaşları Azərbaycanı ləyaqətlə təmsil ediiblər, bizim üçün dost olan ölkələrdə təbii fəlakətlərlə mübarizədə böyük uğurlar əldə ediblər. Dövlət başçısı ötən il Azərbaycanda baş vermiş daşqınları da yada salıb: “Keçən il Azərbaycanda tarixdə misli görünməmiş sel və daşqınlar baş verib, ölkə ərazisinin müəyyən hissəsi, daha doğrusu, on minlərlə hektar sahə su altında qalıb, bir neçə min ev dağılıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bütün başqa dövlət qurumları ilə birlikdə çox operativ fəaliyyət göstərərək insanların təhlükəsiz yerlərə köçürülməsi ilə məşğul olublar. Bu fəaliyyət nəticəsində bu böyük təbii fəlakət Azərbaycanda itkisiz keçib. Bu, böyük uğurdur, böyük nailiyyətdir. İnsanların sağlamlığı, təhlükəsizliyinin qorunması bizim üçün həmişə olduğu kimi, başlıca vəzifədir. Ondan sonra sel və daşqınlara məruz qalmış bölgələrdə tikinti-quruculuq işləri aparılıb. Bir neçə ay ərzində minlərlə yeni ev tikilib və soydaşlarımız, fəlakətdən əziyyət çəkmiş insanlar o evlərə köçürülür. Bu, bir tərəfdən onu göstərir ki, nazirliyin strukturları artıq tam formalaşıb və istənilən vəzifəni icra edə bilərlər. Digər tərəfdən, onu göstərir ki, Azərbaycan güclü dövlətdir. Biz bu böyük təbii fəlakətin nəticələrini aradan qaldırdıq və insanlar üçün yaxşı şərait yaratdıq. Əgər vaxtilə Fövqəladə Hallar Nazirliyi yaranmasa idi, yəqin ki, bu təbii fəlakətlər bizim üçün ağır keçə bilərdi”.