Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Vətənə və xalqa bağlanmış ömür

 

Uca zirvələr uzaqdan da­ha aydın göründüyü kimi, Heydər Əliyev şə­x­siyyətinin əzəməti və böyüklüyü illər ötdükcə daha dərindən dərk olunur. Buna mütənasib olaraq xalqın öz dahi oğluna məhəbbət və ehtiramı da artır.
Ulu öndər Heydər Əliyevin vəfatından ötən 15 ildə həyatımız büsbütün dəyişib. Azərbaycan 15 il əvvəlki Azərbaycan deyil. Baş verən inkişaf ildən-ilə gözəlləşən Bakının və regionlarımızın simasında aydın görünür. Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə qlobal layihələr həyata keçirilir, əfsanələr reallığa çevrilir. TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi...
Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb, azsaylı kosmik ailənin üzvünə çevrilib. Səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız uca zirvələrdə dalğalanır. Bu möhtəşəm, dünyanı heyran qoyan uğurların əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.
1990-cı illərdə çox ağır, böhranlı vəziyyətə düçar olmuş xalq ötüb keçənləri unutmayıb və xilasına görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri Xiyabanda yaşanan böyük izdiham ulu öndərin xatirəsinə bəslənən tükənməz sevgi və ehtiramın parlaq ifadəsi kimi diqqət çəkir.
Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. İntibah və milli şüurun oyanışı onun hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində dönməz xarakter alıb.
Daha qlobal miqyasda baxılarsa, Heydər Əliyev sağlığında əfsanələşmiş, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən, dövlət xadimlərindən biri idi. Dünyanın məşhur simaları Heydər Əliyev barəsində bu gün də heyranlıqla, böyük ehtiramla danışır, onu siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik şəxsiyyət adlandırırlar.
Bu böyük insan təlatümlər, çətin sınaqlar, aramsız mübarizələrlə dolu bir həyat yaşayıb. Elə bir həyat ki, nə zaman, nə də məkan anlayışına sığmır. O, bütün mübarizələrdən qalib çıxıb. Heydər Əliyev ömrü insan iradəsinin yenilməzliyinə parlaq nümunədir. Bu böyük, sözün əsl mənasında, Vətənə və xalqa bağışlanmış ömrün ayrı-ayrı məqamları, tarixi anları fotoşəkillərdə yaşayır.
AZƏRTAC-ın arxivindəki fotolardan nurlu, bəzən təbəssümlü, bəzən qayğılı və düşüncəli doğma sima boylanır. Bu tarixi fotolar bizi ötən günlərə qaytarır: baxıb təsirlənirik, baxıb xatirələrə dalırıq...