Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Haqqımızda

"İqtisadiyyat" qəzeti 1999-cu ildən həftəlik nəşr edilir. Azərbaycanın iqtisadi həyatında baş verən proseslər barədə vətəndaşlara doğru, dürüst məlumatlar verən, mütəxəssislərin maraqlı düşüncələrini, təkliflərini geniş oxucu auditoriyasına çatdıran "İqtisadiyyat" qəzeti özünün professionallığı, sanballılığı ilə seçilən mətbu orqanlardan biridir. 

 Baş redaktor: Aytən Səmədzadə

 Təsisiçi olan Ziyad Səmədzadə Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Səmədzadə Ziyad Əliabbas oğlu görkəmli iqtisadçı alimlərdən biridir. Respublikada iqtisad elminin bir sıra aparıcı istiqamətlərinin yaranması, formalaşması və inkişafı onun adı və elmi fəaliyyəti ilə bağlıdır. 

1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edir.

1976-1978-ci illərdə o, Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktorunun birinci müavini, 1978-82-ci illərdə Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur.

1980-ci ildə Z.Səmədzadə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilir.

1983-1993-cü illərdə Mərkəzi Komitədə İqtisadiyyat şöbəsinin müdiri, Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TACİSTRACECA proqramları üzrə Azərbaycanın Milli koordinatoru olmuşdur.

Ziyad Səmədzadə iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, regional inkişaf, effektlilik, bazar iqtisadiyyatı problemlərinə dair 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir.

Onun bilavasitə rəhbərliyi və iştirakı ilə 1987-1991-ci illərdə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası və müvafiq qanun layihələri hazırlanmış və parlament tərəfindən qəbul edilmişdir.

Ziyad Səmədzadə Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən birində Respublika Ali Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir. Ali Sovetin onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən sessiyasında müstəqillik haqqında Konstitusiya aktı qəbul edilmişdir. Z.Səmədzadənin gənc suveren dövlətin fəaliyyətinin ilk aylarında xarici ölkələrin siyasi xadimləri ilə görüşləri, parlament nümayəndə heyətinin rəhbəri kimi İrana və Türkiyəyə rəsmi səfərləri qonşu ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın əsaslarının yaradılmasında müsbət rol oynamışdır.

Z.Səmədzadə TACİS proqramının Azərbaycanda fəaliyyətə başlaması üçün böyük zəhmət çəkmiş, Avropa İttifaqının (Aİ) ekspertləri ilə çoxsaylı görüşlər keçirmiş, milli koordinator, bir iqtisadçı-alim kimi TRACECA proqramının hazırlanması ilə bağlı elmi araşdırmalar aparmış, 1993-cü ilin may ayında Brüsseldə birinci beynəlxalq konfrasda əsas məruzə ilə çıxış etmiş və Brüssel bəyannaməsini imzalamışdır.

Akademik Z.Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti kimi də çox faydalı işlər görür. Z.Səmədzadə yeni ideya və üsulların, yeni iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. 1999-cu ildə akademik «İqtisadiyyat» adlı qəzet təsis etmiş və onun müntəzəm nəşrinə başlamışdır.

Akademikin baş elmi redaktəsi ilə ümumi həcmi 2500 səhifəyə bərabər olan «Azərbaycan XXI əsrin astanasında» üçcildliyi nəşr edilmişdir.

 Dünya ölkələrinin iqtisadi inkişaf təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən Səmədzadə bir çox ölkələrdə, o cümlədən bir neçə dəfə Çin Xalq Respublikasında olmuş, «Dünya iqtisadiyyatı: Çin «iqtisadi möcüzəsi» kitabını nəşr etdirmişdir.

2004-ci ildə akademikin ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuş, «Böyük yolun mərhələləri»Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər» adlı kitabı çapdan çıxmışdır. Dünyanın tanınmış alim və mütəxəssisləri Ziyad Səmədzadənin bu əsərini yüksək qiymətləndirmişlər. Yaxın vaxtlarda kitabın ikinci və üçüncü cildi işıq üzü görəcəkdir.

2009-cu ildə akademik Ziyad Səmədzadənin "Çin qlobal dünya iqtisadiyyatında" adlı kitabı işıq üzü gördü. On beş ilin gərgin əməyinin məhsulu olan, 15 fəsildən, 600 səhifədən ibarət olan bu kitabda dünyanın iqtisadi inkişafının əsas modelləri öz əksini tapmışdır. İctimaiyyət tərəfindən böyük maraqla qarşılanan bu sanballı tədqiqat əsəri 2010-cu ildə rus dilinə tərcümə olunaraq «Китай в глобальной мировой економике» adı ilə çapdan çıxmışdır.

AMEA-nın Rəyasət heyətinin 22 yanvar 2010-cu il tarixli 18/11 saylı qərarına əsasən  Z.Səmədzadənin 70 illik  yubileyi  ilə əlaqədar  Azərbaycan İqtisadçılar İttifaqı və AMEA-nın İqtisadiyyat İnstitutunun təşkilatçılıьı ilə «Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli iqtisadiyyatın formalaşması problemləri» mövzusunda respublika elmi konfransı keçirilmiş, Ziyad Səmədzadənin rəhbərliyi altında «Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr» adlı külliyyat elmi ictimaiyyətə təqdim olunmuşdur.

2012-2014-ci illərdə Z.Səmədzadənin elmi redaktorluğu və ideya müəllifliyi ilə 7-ci ildən ibarət “Böyük İqtisadi Ensiklopediya” (BİE) nəşr olunaraq geniş icitmayətə təqdim olunmuşdur.

2015-ci ildə Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş “Bakı nefti qələbənin açarı” şərəfli keçmiş işıqlı gələcək adlı kitabları işıq üzü görmüşdür.

Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri  kimi respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləş­dirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirak edir.  

 Z.Ə.Səmədzadə Azərbaycan Respublikasında iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə "Şöhrət"  ordeni ilə, 2015-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.

 Z.Səmədzadə Azərbaycan-Belarus Dostluq və Əməkdaşlıq cəmiyyətinin fəal üzvüdür. Azərbaycan-Belarusiya elmi əməkdaşlıq, dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə o, 2010-cu ildə Belorus prezidenti A.Lukoşenkonun sərəncamı ilə Fransisk Skorina medalı ilə təltif edilmişdir

Ziyad Səmədzadə əqidə möhkəmliyi, xeyirxahlığı, müdrikliyi, sadəliyi və digər nəcib insani keyfiyyətlərinə görə el-obada böyük nüfuz qazanmış vətənpərvər alim, gözəl ziyalı, müdrik insandır. Oğlu Elşad Səmədzadə iqtisad elmleri namizədi,  Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir. Azərbcayn İqtisadçılar İttifaqının sədr müavinidir. Böyük qızı Aygün Səmədzadə respublikanın xalq artisdirir və tanınmış bəstəkardır. Onun «Tut ağacım», «Məktəb illəri», «Yağış», «Bu dünyanı nağıl bilək» mahnıları ürəklərə, evlərə, geniş salonlara xoş təranələr, düşüncələr bəxş edir. Kiçik qızı Aytən Səmədzadə iqtisad üzrə fəlsəfə doktorudur, Azərbaycan Tibb Univeristetinin və Azərbaycan Dövlət İqtisad Universitetlərinin (UNEC) məzunudur. “İQTISADİYYAT” qəzetinin baş redaktorudur.

  

 Baş redaktor:

Aytən Səmədzadə

 Baş redaktorun müavini:

Yeganə Məmmədova

Baş mühasib:

Səfiyyə Səmədova

Nəbiyeva Lamiyə

dizayner

Nailə Cabbarova

müxbir

Hüseynova Mətanət  

müxbir  

     

 

Afət Əhmədova

komp.operatoru