Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər **** Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb ****
Qəzetin çap variantları
14-20 fevral 2019-cu il
6 (1054)
14-20 fevral 2019-cu il
6 (1054)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə daimi Komitəsinin (COMCEC) 34-cü sessiyası başlayıb. “Ticarətin asanlaşdırılması: gömrüklərdə risklərin idarə olunması” mövzusunda keçirilən sessiyada ölkəmizi Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, noyabrın 26-da başlanan sessiya noyabrın 29-da başa çatacaq. İlk olaraq üzv ölkələrin nümayəndələrindən ibarət işçi qruplar texniki məsələləri müzakirə edəcəklər.

Noyabrın 28-29-da isə İƏT-nin üzv ölkələrinin nazirlərinin iştirak etdiyi görüşdə gömrüklərdə risklərin idarə olunması sahəsində əldə edilən təcrübələrin bölüşdürülməsi, bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq. Eyni zamanda, görüşdə üzv ölkələr arasında iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin gələcək perspektivləri, cari ilin mayında COMCEC-in Ankarada keçirilən iclasında qəbul edilən gündəlik layihəsindəki məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində “Regional inteqrasiya üçün ticarətin asanlaşdırılması potensialından istifadə”, “Gömrük sisteminin modernləşdirilməsi sahəsindəki çətinliklər və mümkün həllər”, “Ticarətin asanlaşdırılmasında özəl sektorun rolu” və digər mövzularda panel iclaslar keçiriləcək.