Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Noyabrın 23-də Bakı Biznes Mərkəzində keçirilmiş mətbuat konfransında iqtisadiyyat naziri, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev ölkənin nəqliyyat-tranzit potensialı, Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizləri, bu sahədə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verib.

AZƏRTAC xəbər verir ki, nazir Şahin Mustafayev nəqliyyat sahəsinin, tranzit daşımalarının qeyri-neft sektorunun aparıcı sahələrindən olduğunu deyib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür, layihələr həyata keçirilir. Azərbaycan ərazisindən bir sıra beynəlxalq nəqliyyat dəhlizləri keçir - Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb. Azərbaycandakı siyasi sabitlik və təhlükəsizlik, ölkəmizin beynəlxalq aləmdə formalaşmış etibarlı tərəfdaş imici, yerləşdiyi coğrafi mövqe, digər dəhlizlərlə müqayisədə məsafənin qısa olması və daşıma müddətinin az olması bu dəhlizlərin əsas üstünlükləridir. Bu dəhlizlərin inkişafı istiqamətində 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu, 2018-ci ilin mayında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması həyata keçirilir, Yalamadan-Astarayadək dəmir yolu yenidən qurulur, Astara çay üzərində körpü tikilib, digər terminal kompleksləri yaradılır. Xəzər dənizində 270 gəmidən ibarət ən böyük donanma Azərbaycana məxsusdur, ölkə ərazisində 6 beynəlxalq hava limanı, müasir gəmiqayırma zavodu fəaliyyət göstərir, müasir avtomobil yolları tikilir. 2019-cu ildə gəmiqayırma zavodunda istehsal olunmuş 4 gəmi istismara veriləcək, daha 4 gəminin tikintisi üçün sifariş veriləcək. 2020-ci ildə Şimal sərhədindən Cənub sərhədinədək, 2021-ci ildə isə Bakıdan Gürcüstan sərhədinədək müasir avtomobil yolları istifadəyə veriləcək. Bütün bunlar Azərbaycanın nəqliyyat infrastrukturunun gücləndirilməsində mühüm rol oynayır və tranzit daşımalarında iştirak imkanını genişləndirir.

Nazir Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan Ermənistanı regiondakı bütün nəqliyyat layihələrindən təcrid edib.

Tədbirdə Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə yaradılmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası barədə də məlumat verilib. Bildirilib ki, Azərbaycan nəqliyyat dəhlizlərinin təşviqi istiqamətində də işlər aparır. İndiyədək Türkmənistan, Gürcüstan, İran, Türkiyə və Çində Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı tədbirlər keçirilib. 2019-cu ildə isə belə bir tədbir Hindistanda təşkil olunacaq.

Nazir qeyd edib ki, Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin müzakirə edilməsi məqsədilə Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov bu il Azərbaycana səfər edib. Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin bu ilin oktyabrında Azərbaycana səfəri çərçivəsində nəqliyyat sahəsində fəaliyyət göstərən müvafiq qurumların iştirakı ilə nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı məsələsi müzakirə edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan tərəfinin xahişi ilə baş tutan rəsmi səfəri zamanı imzalanmış 21 sənəddən əksər hissəsi məhz nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı olub. Belə ki, səfər çərçivəsində nəqliyyat-tranzit sahəsinə aid 9 sənəd - "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında", "Azərbaycan Dəmir Yolları" QSC və “Türkmənistanın Dəmir Yolu Nəqliyyatı Nazirliyi arasında nəqliyyat və tranzit məsələlərinə dair", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə “Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında dəniz ticarət gəmiçiliyinin inkişafına dair", "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə “Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında avtomatlaşdırılmış informasiya mübadiləsi haqqında", "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə “Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında yükaşırma həcmlərinin artırılması haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanlarından keçən daşımaların inkişafı haqqında", "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkmənistanın Avtomobil Nəqliyyatı Nazirliyi arasında beynəlxalq avtomobil daşımalarının inkişafı haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan iki dövlətin (əlavə) ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında" sazişlər və "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2022-ci illər üçün nəqliyyat sahəsində əməkdaşlıq Proqramı" imzalanıb. Nəqliyyat-tranzit sahəsi üzrə imzalanmış sənədlər Türkmənistan və Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin hüququ rejimini tənzimləyir. Qeyd edək ki, 2018-ci ilin 9 ayında Türkmənistandan keçməklə Avropaya və əks istiqamətdə daşınan yüklərin həcmi 190 min ton olub. Gələcəkdə bu yüklərin həcminin 10 dəfə artması üçün potensial var. Ümumiyyətlə, Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı hər iki ölkənin dövlət başçıları nəqliyyat-tranzit sahəsinin əməkdaşlığın prioritet istiqaməti olduğunu vurğulayıblar.

Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin "Bir kəmər - Bir yol" təşəbbüsü ölkəmiz üçün əhəmiyyətlidir. Azərbaycan bu strategiyanı dəstəkləyən ilk ölkələrdəndir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə dövlət səfəri çərçivəsində "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və Azərbaycandan keçən Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu Çinin "Bir kəmər - Bir yol" təşəbbüsü ilə uzlaşır və Çin tərəfi konteyner daşımaları baxımından bu dəhlizə maraq göstərir. Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Çin nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulur.

Aparılmış uğurlu siyasət nəticəsində Azərbaycandan keçən tranzit yüklərin həcminin artmaqda olduğunu deyən nazir diqqətə çatdırıb ki, tranzit yüklərin həcmi ümumilikdə 10,4 milyon ton, o cümlədən 8,4 milyon ton neft və neft məhsulları, 2 milyon ton qeyri-neft məhsulları təşkil edir. Qeyri-neft məhsullarının tranzit daşımaları 2017-ci ildə 16 faiz, 2018-ci ilin 9 ayında 23 faiz, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə isə 100 dəfə artıb. Bununla belə tranzit daşımaların artırılması üçün böyük imkan var və ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin potensialının genişləndirilməsi üçün işlər aparılır.