Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Gürcüstan Maliyyə Nazirliyinin mühasibat uçotu, hesabatlılıq və auditə nəzarət xidmətinin (SARAS) rəhbəri Yuri Dolidze və xidmətin Audit və Peşəkar Təhsilə nəzarət idarəsinin rəhbəri Anzor Mzhavanadzedən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Auditorlar Palatasında olub.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər auditin keyfiyyətinə nəzarətə dair məsələlərin müzakirəsi və bu sahədə təcrübə mübadiləsi aparmaq məqsədi daşıyıb.

Auditorlar Palatasında keçirilən görüşdə qurumun sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov ölkəmizdə son dövrlər aparılan iqtisadi islahatlar və struktur dəyişiklikləri, dövlətimizin başçısının müstəqil auditə göstərdiyi böyük diqqət və qayğı, maliyyə şəffaflığının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, əldə edilən uğurlar barədə məlumat verərək hər iki ölkə auditorlarının qarşılıqlı dostluq əlaqələrindən danışıb.

Daha sonra keyfiyyətə kənar nəzarətin həyata keçirilməsinin hüquqi əsasları, auditin keyfiyyətinə nəzarəti tənzimləyən normativ və hüquqi sənədlər, keyfiyyətə nəzarətin həyata keçirilməsində tətbiq olunan qayda və metodlar, keyfiyyətə nəzarət hansı formada keçirilir, keyfiyyətə nəzarət kimlər (onların say tərkibi) tərəfindən və hansı meyarlara əsasən formalaşdırılır və s. kimi məsələlərə dair təcrübə mübadiləsi aparılıb.

Səfər çərçivəsində hər iki ölkənin audit və mühasibatlıq qurumları ilə hesabatlılıq və şəffaflığa, auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair müzakirələr aparılıb.

Nümayəndə heyəti Azərbaycanda Auditorlar Palatasının audit sahəsində zəngin təcrübəyə malik olduğunu bildirib.

Hər iki qurum arasında əməkdaşlığa dair sənədin imzalanması barədə razılığa gəlinib.