Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Energetika Nazirliyində BP-nin “Statistik təhlili”nin 67-ci buraxılışı və “Enerji perspektivlərinə baxış-2040” adlı hesabatının təqdimatı keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov şirkətin “2017-ci il üçün statistik təhlili” və “Enerji perspektivlərinə baxışı-2040” adlı hesabatlarının təqdimatını edib. Hesabatlarda qlobal enerji sektorunda müşahidə olunan meyillər, ötən il üzrə ənənəvi yanacaq növləri ilə yanaşı bərpaolunan enerji mənbələrinə tələbatın inkişaf dinamikası, neft bazarına OPEC+ formatında görülən tədbirlər və geosiyasi faktorların təsirləri, 2040-cı ilə kimi proqnozlar öz əksini tapıb.

Bildirilib ki, qlobal enerji tələbatı ötən il 2016-cı illə müqayisədə 2,2 faiz, neftə tələbat isə gündəlik 1,7 milyon barrel artıb. Venesuelada neft hasilatında qeyri-müəyyənliyin davam etməsi, bəzi neft ölkələri ətrafında siyasi vəziyyət ortamüddətli perspektivdə neft bazarında balansa və qiymətə təsir edən faktorlar kimi qeyd edilib.

V.Drebentsov bu tendensiyada neftin 1 barrelinin qiymətinin 100 ABŞ dollarınadək bahalaşması ehtimalını istisna etməyib. Yaxın perspektivdə tələbatın neft ehtiyatları hesabına qarşılanacağı, 2035-ci ildə neftə tələbatın pik həddə çatacağı, sonra isə tədricən azalacağı bildirilib.

BP-nin proqnozlarına görə, dünya enerji balansında təbii qazın payı artacaq. Boru kəmərləri ilə ənənəvi qaz ixracı və idxalı ilə yanaşı, mayeləşdirilmiş təbii qazın (LNG) rolu 2040-cı ilədək əhəmiyyətli dərəcədə yüksələcək. LNG ixracatçısı kimi Yaxın Şərq, Şimali Amerika, Avstraliya, Afrika və Rusiya, əsas idxalatçıları olaraq Asiya ölkələri, Çin, Avropa fərqlənəcək.

Şirkətin təhlil və hesabatına, həmçinin bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı inkişaf tendensiyası, dünya enerji balansında bu növ enerjinin mövqeyini möhkəmləndirən amillər və istehsal xərclərinin azaldığını əks etdirən məlumatlar daxil edilib.