Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

TANAP və TAP karbon qazı emissiyası ən az olan layihələrdir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) enerji və təbii sərvətlər üzrə direktoru Nandita Parşad deyib.

O bildirib ki, TANAP və TAP Avropa İttifaqı (Aİ) standartlarına və EBRD-nin kriteriyalarına uyğun dizayn edilib. Bu boru kəmərləri tarixən ən az karbon qazı emissiyası olan layihələrdir.

“Təbii qaz artıq TANAP və TAP layihələri əvvəllər qaza çıxışı olmayan ölkələr üçün daha əlçatan olacaq. Bank daha əvvəl TANAP-a 500 milyon dollarlıq maliyyə yardımı edib. Digər maliyyə təşkilatları da layihəni maliyyələşdirib. Hazırda isə TAP diqqət mərkəzindədir”.

Xatırladaq ki, bu il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-la Türkiyəyə 400 milyon kubmetrdən çox “Şahdəniz” qazı nəql edilib.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi BP şirkətinə məxsusdur.

TAP layihəsi üzrə isə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 80 faizdən çoxu icra olunub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub. Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).