Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

"AzerGold" QSC Avstraliyada təşkil olunan V Beynəlxalq Dağ-mədən və Ehtiyatlar Konfransında (International Mining and Resources Conference – IMARC) iştirak edib. Melburn şəhərində təşkil olunan tədbirdə hər il dünya üzrə dağ-mədən sahəsinin aparıcı şirkətlərinin rəhbərləri, sərmayəçilər, maliyyə qurumlarının təmsilçiləri bir araya gəlir.

QSC-dən AZƏRTAC-a bildiriblər ki, "AzerGold"un nümayəndə heyətinin təşkilatçıların rəsmi dəvəti əsasında baş tutan səfəri çərçivəsində 40-dan çox şirkətlə, o cümlədən "Cargill International Pty Ltd", "Scania Australia", "TUMAD Mining", "EMR Capital" kimi nüfuzlu və tanınmış şirkətlərlə təşkil olunan ikitərəfli görüşlərdə kəşfiyyat, metallurgiya, mədənçilik üzrə ən son texnoloji nailiyyətlər, istehsalatın optimallaşdırılması, yeni texnologiyaların tətbiqi, investisiyaların cəlb edilməsi, əməkdaşlığın qurulması perspektivləri müzakirə edilib. Xarici şirkətlər "AzerGold" QSC-nin qısa müddət ərzində hasilatda və ixracda əldə etdiyi göstəriciləri yüksək qiymətləndirib, əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu vurğulayıblar.

Qeyd edək ki, faydalı qazıntıların hasilatı sahəsində fəaliyyət göstərən şirkət, investor, mütəxəssislər və təşkilatları bir araya toplayan və dağ-mədən sahəsinin kəşfiyyatdan tutmuş investisiyaya qədər bütün aspektlərini əhatə edən Beynəlxalq Dağ-mədən və Ehtiyatlar Konfransında bu il 90-dan çox ölkəni təmsil edən 6 mindən artıq mədənçilik mütəxəssisi, 400-dən artıq investor, 250-dən çox dağ-mədən şirkətinin nümayəndəsi iştirak edib.