Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Oktyabrın 23-də Bakıda keçirilən XXIV Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild Azerbaijan” sərgisində bir qrup sahibkar tərəfindən Polşanın inşaat sektoru təmsil olunur. Bu sektorun imkan və potensialını şirkətlərlə yanaşı, “Tikinti və təmir” təbliğat maşınını həyata keçirən Polşanın İnvestisiya və Ticarət Agentliyi (PİTA) təqdim edir.

AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin Bakı Bürosunun eksperti Cavidan Şərbətov məlumat verib.

Onun sözlərinə görə, Polşanın İnvestisiya və Ticarət Agentliyinin 65 nümayəndəliyi fəaliyyət göstərir, qurum bu ilin sonunadək onların sayını 70-ə çatdırmağı planlaşdırır.

C.Şərbətov onu da diqqətə çatdırıb ki, PİTA-nın əsas məqsədlərindən biri Polşa iş adamları və xarici iş adamları arasında əlaqələr yaratmaq, kiçik və orta müəssisə və şirkətlərə öz məhsullarını ixrac etməkdə köməklik göstərməkdir. Bazar haqqında məlumatların toplanması, şirkət və qurumların əlaqə şəbəkəsinin təşkili, Polşa və xarici şirkətlər üçün təlimlərin təşkili, sərgilərdə iştirak, reklam və kampaniyaların aparılması kimi məsələlər də agentliyin başlıca vəzifələrindən sayılır.

Statistikaya müraciət edən ekspert qeyd edib ki, PİTA 2018-ci ildə 61 beynəlxalq sərgidə iştirak edib, 2019-cu ildə isə 38 beynəlxalq sərgidə təmsil olunacaq. Bunun üçün ayrılmış 2 illik büdcə isə 40 milyon avrodur. Qurumun əhatə etdiyi sahələr isə əsasən mebel, moda, yaxta və gəmilər, kosmetika, tibbi avadanlıqlar, əczaçılıq, maşın qurğuları, avtomobillər və təyyarələr üçün ehtiyat hissələri, bina tikintisidir.

Həmçinin vurğulanıb ki, Azərbaycan bazarına maraq göstərən polşalı iş adamları Bakıda fəaliyyət göstərən PİTA-nın Xarici Ticarət Nümayəndəliyinin dəstəyindən yararlana bilərlər.

Polşanın İnvestisiya və Ticarət Agentliyinin Bakıdakı Xarici Ticarət Nümayəndəliyinin direktoru Elnarə Məmmədova bildirib ki, Azərbaycanın xarici sərmayələrə açıq bir ölkə olması, burada iş adamları üçün əlverişli investisiya mühitinin yaradılması səbəbindən Polşa iş adamlarının Azərbaycan bazarına marağı artıb. “Bizim də əsas məqsəd və vəzifəmiz bu potensialdan faydalanaraq, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə vermək, MDB, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin 600 milyonluq müştəri bazarına çıxış imkanına malik olan Azərbaycanda Polşa şirkətlərinə lazımi köməklik və dəstək göstərməkdir”,- deyə E.Məmmədova bildirib.