Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Energetika Nazirliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) iştirakı və “Siemens Gamesa” şirkətinin nümayəndələri ilə birgə Azərbaycanın alternativ və bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları mövzusunda “dəyirmi masa” keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanın “Siemens” şirkəti ilə uzunmüddətli əməkdaşlıq əlaqələri və ölkənin enerji sektorunda bir sıra layihələrdə iştirakı barədə danışıb. O, “Siemens Gamesa” şirkətinin bərpaolunan enerji sahəsindəki təcrübəsinin gələcək əməkdaşlıq üçün imkanlar yaratdığını bildirib.

“Siemens Gamesa” şirkətinin nümayəndəsi Viktoriya Maguire Toft Azərbaycanla bərpaolunan enerji mənbələrindən istifadə sahəsində qanunvericilik, maliyyələşmə məsələləri və külək turbinlərinin quraşdırılması üzrə əməkdaşlığa maraqlarını ifadə edib.

Tədbirdə şirkətin fəaliyyət istiqamətləri, külək və günəş enerjisi sahəsində təcrübəsi barədə məlumatlar verilib. Bildirilib ki, şirkətin külək enerjisi üzrə qoyuluş gücü 87 GVT, illik gəliri isə 11 milyard avrodur. Şirkət quruda, dənizdə külək turbinlərinin quraşdırılması, texniki xidmət və külək parklarının yaradılması üzrə fəaliyyət göstərir.

ABOEMDA-nın sədr müavini Cəmil Məlikov isə Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafının, dayanıqlı və təmiz enerjinin təmin edilməsinin əsas hədəflərdən olduğunu deyib. Onun sözlərinə görə, bərpaolunan enerji mənbələrinin inkişafına qoyuluş güclərinin artırılması hesabına nail olmaq mümkündür və bu məqsədlə 2030-cu ilə qoyuluş gücünün 3461 meqavata çatdırılması planlaşdırılır.

Sonra ölkənin bərpa olunan enerji potensialına dair təqdimatlar dinlənilib. Bərpaolunan enerji mənbələri üzrə yeni layihələr, mövcud qanunvericilik və institusional vəziyyət, bu sahənin investorlar üçün cəlbediciliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəzərdən keçirilib.