Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Beynəlxalq fermer qadınlar gününün bütün dünyada keçirilməsi kənd yerlərində yaşayan və aqrar sahədə çalışan qadınların əməyinə verilən yüksək qiymətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri oktyabrın 15-də Kənd Təsərrüfatı Nazirliyində Beynəlxalq fermer qadınlar gününə həsr olunan tədbirdə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

Nazir müavini qeyd edib ki, BMT aqrar sahənin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycanda da sözügedən sahə daim dövlətin diqqət mərkəzindədir. Belə ki, hazırda respublikada yoxsulluq səviyyəsi çox aşağıdır. Onun sözlərinə görə, ölkəmizdə yoxsulluq həddi son 15 ildə 10 dəfədən çox azalaraq 4,9 faizə enib: “Dünyada ciddi şəkildə narahat doğuran problemlər Azərbaycanda artıq öz aktuallığını itirib. Lakin dünya üzrə 870 milyondan artıq insan aclıqdan əziyyət çəkir və baş verən çaxnaşma və hərbi qarşıdurmalar bu problemi bir qədər də aktuallaşdır. Odur ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünya ölkələrini bu aktual məsələnin həllinə çağırır”.

S.Talıbov bu baxımdan fermer qadınların üzərinə də böyük öhdəliklər düşdüyünü söyləyib. Kənd yerlərində aqrar sahədə çalışanların əksəriyyətinin məhz qadınlar olduğunu deyən nazir müavini nəzərə çatdırıb ki, dünyada istehsal edilən ərzağın 80 faizi məhz kənd təsərrüfatı sahəsində istehsal olunur. Bu sahədə çalışanların 43 faizi isə qadınlardır.

Vurğulanıb ki, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən bütün tədbirlərdə qadınlarımızın əməyi həmişə yüksək dəyərləndirilib. Bununla yanaşı, qadınların qarşısında daha böyük vəzifələr qoyulub. Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının yekunlarına həs olunmuş iclasında da Prezident İlham Əliyev kənd təsərrüfatında əldə edilən uğurları xüsusi qiymətləndirib. Aqrar sahədə davamlı olaraq böyük nailiyyətlər qazanıldığını qeyd edib.

Nazir müavini ölkəmizdə aqrar sahədə çalışan fermer qadınlarımıza dövlət tərəfindən yaradılan münbit şəraitdən də söz açıb.

Tədbirdə iştirak edən fermer qadınlar dövlətimiz tərəfindən onların əməyinə verilən yüksək qiymətdən razılıqlarını ifadə ediblər.