Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

2003-2018-ci illəri əhatə edən dövrdə Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində ölkə üzrə ümumilikdə 202 Proqram (o cümlədən: 12 Konsepsiya, 12 Milli Strategiya,12 Strateji Yol Xəritəsi, 95 Dövlət Proqramı, 10 Milli Fəaliyyət Planı, 23 Tədbirlər Planı, 21 Tədbirlər Proqramı, 17 Milli Plan və Proqramlar) qəbul edilib.

Bu barədə AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

“Azərbaycanın yeni əsrdə yeni lideri olan İlham Əliyevin birinci müddətə Prezident seçilməsindən 15 il ötür. Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilmiş neft strategiyası nəticə etibarilə ölkənin iqtisadi təhlükəsizliyinin gücləndirilməsi, rəqabət qabiliyyətinin artırılması, qeyri-neft sektorunun inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılması və ölkəmizin həm neft-qaz, həm də nəqliyyat-logistika nöqteyi-nəzərindən haba çevrilməsini təmin edib”, - deyə V.Qasımlı bildirib.

O xatırladıb ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollara yaxın vəsait yatırılıb. Qeyri-neft sektoruna yatırılan vəsait 100 milyard manatdan çoxdur. 2003-2017-ci illərdə Azərbaycanın qeyri-neft sektoru 3,2 dəfə artıb, qeyri-neft sənayesi 2,6 dəfə, kənd təsərrüfatı 1,8 dəfə, rabitə 4,9 dəfə, turizm 20,2 dəfə artıb. Bu artımın həyata keçirilməsi nəticəsində ölkədə işsizlik səviyyəsi 5 faizə qədər endirilib, 1,9 milyon yeni iş yeri yaradılıb. Faktiki olaraq Azərbaycan işsizliyin aşağı səviyyəsinə görə dünyada ilk onluqda gedən ölkələrdəndir. Həmçinin yoxsulluğun səviyyəsi son 15 ildə 5 faizədək endirilib. Bu da onu göstərir ki, ölkədə aparılan iqtisadi siyasət sosialyönümlüdür. Əldə olunmuş iqtisadi gəlirlər yoxsulların sayının azaldılması və orta sinfin güclənməsi ilə müşayiət edilib. İnfrastrukturun istər nəqliyyat-logistika, istər sosial sahədə gücləndirilməsi nəticəsində bu gün Azərbaycanın bütün ərazisində elektrikləşdirilmə, təbii qazla təminat, su-kanalizasiya sisteminin yenilənməsi, yolların, körpülərin, uşaq bağçalarının, xəstəxanaların, məktəblərin tikintisi həyata keçirilib.

İcraçı direktor deyib: "Hazırda Azərbaycan dünyada insan inkişafı indeksinə görə öndə gedən ölkələrdən biridir. Biznes mühitinə gəldikdə isə, Azərbaycan dövlətimizin başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində ötən il Avropa və Mərkəzi Asiya regionunda 3 ən islahatçı ölkədən biri olub və faktiki olaraq biznes mühitinin yaxşılaşdırılması ölkədə sahibkarlığın inkişafına təkan verib. Azərbaycanda 700 mindən artıq sahibkar qeydiyyatdan keçib və fəaliyyət göstərir. Sahibkarlığın fəaliyyətə başlaması üçün tələb olunan vaxt, prosedur və resurs baxımından Azərbaycan dünyada ilk onluqda gedən ölkədir. Ölkəmizdə biznesə başlamaq üçün çox əlverişli şərait yaradılıb".

Əldə olunmuş nailiyyətlərin dünyanın aparıcı kredit-reytinq agentlikləri tərəfindən müsbət qiymətləndirildiyini deyən V.Qasımlı qeyd edib ki, bu gün Azərbaycan kredit reytinqinin dərəcəsinə görə nəinki MDB məkanında, həm də regionda bir sıra inkişaf etmiş ölkələri geridə qoyaraq öndə gedən ölkələrdən biridir. Yaxın zamanlarda hətta investisiya kredit-reytinqi səviyyəsinə yüksələcəyi gözlənilir.

Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti dünyada 140 ölkə arasında 35-ci yerdə qiymətləndirilir ki, bu da bilavasitə dövlətimizin başçısının apardığı iqtisadi siyasətin nəticəsidir.

"15 il ərzində Azərbaycanın regional və qlobal müstəvidə mövqelərinin gücləndirilməsi istiqamətində böyük nailiyyətlər əldə olunub. Xüsusi olaraq Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizi üzərində haba çevrilməsini qeyd etmək istərdim. Ölkəmiz dünyada yeganə okeana çıxışı olmayan kiçik ölkədir ki, nəqliyyat-logistika habına çevrilir. Bunun üçün Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi, Astara-Astara dəmir yol xəttinin çəkilməsi, 6 beynəlxalq aeroportun istifadəyə verilməsi, min kilometrlərlə çəkilmiş yeni yollar, körpülər bilavasitə ölkəmizin nəqliyyat-logistika habı kimi mövqelərini gücləndirib", - deyə icraçı direktor diqqətə çatdırıb.

V.Qasımlı deyib: "Azərbaycan həm də enerji ölkəsi kimi son 15 ildə mövqelərini gücləndirib. Bu gün Azərbaycanın 7 əsas neft-qaz ixrac kəmərləri var. Şaxələndirilmiş neft-qaz ixrac kəməri sisteminə malik olan Azərbaycan təkcə özünün karbohidrogen ehtiyatlarının deyil, həm də regionun bütövlükdə karbohidrogen ehtiyatlarını dünya bazarlarına çatdırılmasında mühüm rol oynayır. Həm daxili iqtisadiyyatda, həm xarici iqtisadi siyasətdə dövlətimizin başçısının rəhbərliyi ilə kifayət qədər uğurlar əldə olunub".