Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər **** Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb ****
Qəzetin çap variantları
21-27 fevral 2019-cu il
7 (1055)
14-20 fevral 2019-cu il
6 (1054)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

ABŞ neftin qiymətinə dair proqnozunu artırıb.

AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatına istinadla xəbər verir ki, cari ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 74 dollar, “Light” neftinin qiyməti isə 68 dollar/barrel olacaq. 2019-cu ildə “Brent” neftinin qiymətinin 75 dollar/barrel, “Light”ın bir barrelinin qiymətinin 69 dollar səviyyəsində olacağı nəzərdə tutulur.

EIA sentyabrdakı hesabatında “Brent”in bir barrelinin builki qiymətinin 73 dollar, “Light” neftinin qiymətinin 67 dollar/barrel, gələn il üçün isə müvafiq olaraq 74 dollar/barrel və 68 dollar/barrel olacağını proqnozlaşdırırdı.

“Keçən həftə xam neftin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə çatıb. ABŞ-ın İrana qarşı sanksiyalarının noyabrın 4-dən etibarən yenidən qüvvəyə minməsi nəticəsində İranın xam neft istehsalı və ixracının sərt şəkildə azalacağı nəzərdə tutulur. Yaponiya, Koreya Respublikası, Çin və Hindistan kimi əsas neft idxalçısı ölkələr İrandan xam neft tədarükünü qarşıdakı aylarda əhəmiyyətli dərəcədə azalmağı planlaşdırır”, - deyə hesabatda bildirilir.