Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Oktyabrın 10-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası çərçivəsində Qablaşdırma Assosiasiyasının üzvləri ilə görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov Azərbaycanda qeyri-neft məhsullarının istehsalı və ixracının artırılması, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, sahibkarları öz məhsullarının xarici bazarlarda tanıdılması məqsədilə "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərindən yararlanmağa çağırıb.

Zöhrab Qədirov klub çərçivəsində sahibkarlar üçün yaradılan əlverişli imkanları diqqətə çatdırıb, ixracatçıları kluba üzv olmağa dəvət edib.

Sonda "Made in Azerbaijan" brendinin təşviqi mexanizmləri, eləcə də İxracatçılar Klubunun fəaliyyəti barədə iş adamlarını maraqlandıran suallar cavablandırılıb.