Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansına daha bir gəmi daxil edilib. “Zirə” adlı təchizat-yedək gəmisi ilə müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılmasında və yedəklənmə əməliyyatlarında istismarı nəzərdə tutulub.

Təchizat-yedək gəmisi yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyük həcmli yük tankına malikdir.

Uzunluğu 60, eni 16 metr, sürəti 13 uzel olan gəminin dedveyti 1700, dartma qüvvəsi 75 tondur.

“Zirə” müasir avadanlıqla, o cümlədən DP1 dayanıqlılıq sistemi ilə təchiz olunub. Onun texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlarını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmidə quraşdırılan müasir yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərsə, hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır.

Qeyd olunub ki, gəmiçilik donanmalarının müasirləşdirilməsi və gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.