Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər **** Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb ****
Qəzetin çap variantları
21-27 fevral 2019-cu il
7 (1055)
14-20 fevral 2019-cu il
6 (1054)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

2017-ci ildə Rusiya ilə Azərbaycan arasında yükdaşımaların həcmi 41 faiz artaraq, 566 min tondan çox təşkil edib. 2018-ci ilin birinci yarımilliyində isə artım 23 faiz olub.

AZƏRTAC xəbər verir ki, Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev bu sözləri Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən “Nəqliyyat və tranzit daşımaları sahəsində əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr edilmiş “dəyirmi masa”da deyib. O bildirib ki, Rusiya ilə İran arasında Azərbaycan əraziləri vasitəsilə yükdaşımalarda artım daha gözəçarpan – 68 faiz olub.

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində körpünün tikintisi barədə danışan Vladimir Vasilyev ümidvar olduğunu bildirib ki, bu körpü əməkdaşlığımızı daha da genişləndirəcək. O deyib: “Bu körpünü dostluq və inkişaf körpüsü adlandırmaq olar. Biz fikir mübadiləsi apararaq belə qərara gəldik ki, bunun yaxın zamanlarda reallığa çevrilməsi üçün əlimizdən gələni edəcəyik. Xüsusən ona görə ki, bu istiqamətdə müəyyən addımlar artıq geridə qalıb. Bizdə yükdaşımalarda Rusiyanın 190 şirkəti iştirak edir. Onların əksəriyyəti dağıstanlılardır”.