Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər **** Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb ****
Qəzetin çap variantları
21-27 fevral 2019-cu il
7 (1055)
14-20 fevral 2019-cu il
6 (1054)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Sentyabrın 27-də Bakıda növbəti Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək IX Azərbaycan-Rusiya Regionlararası Forumu 2 gün davam edəcək. Tədbirdə Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələrinin, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, forum çərçivəsində rəsmi şəxslərin və işgüzar dairələrin iştirakı ilə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclası, sənaye və energetika, turizm, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, nəqliyyat və tranzit, qadın sahibkarlığı və humanitar sahələrdə əməkdaşlığa dair "dəyirmi masa"lar, plenar iclas keçiriləcək.

Rusiya nümayəndə heyəti, həmçinin Azərbaycanda fəaliyyət göstərən bir sıra istehsal və emal müəssisələri ilə tanış olacaq.