Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB **** “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır ****
Qəzetin çap variantları
6-12 dekabr 2018-ci il
49 (1044)
29 noyabr - 5 dekabr 2018-ci il
48 (1043)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir.

Sentyabrın 21-də Qida Təhlükəsizliyi Agentliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov agentliyin fəaliyyət istiqamətləri və informasiya texnologiyalarının tətbiqi sahəsində qarşıya qoyulan hədəflər barədə görüş iştirakçılarına geniş məlumat verib. Müşavir qida məhsullarının elektron izlənilməsi sisteminin yaradılması üçün qabaqcıl ölkələrin təcrübəsinin öyrənildiyini qeyd edib və qida təhlükəsizliyi sahəsində Dövlət Proqramı haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Daha sonra görüş iştirakçıları innovasiyaların və rəqəmsal inkişaf texnologiyalarının qida təhlükəsizliyi sahəsində tətbiqi mövzusunda müzakirələr aparıblar.

Asiya İnkişaf Bankının nümayəndəsi Sok Yonq Yun təmsil etdiyi qurumun fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdikləri uğurlu layihələr haqqında çıxış edib. Sok Yong Yun Asiya İnkişaf Bankı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strateji əməkdaşlıq imkanlarının öyrənilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüş iştirakçıları qida təhlükəsizliyi sahəsində texnoloji innovasiyaların tətbiqi və idarəetmə sistemlərinin təkmilləşdirilməsi mövzusunda müzakirələr aparıblar.