Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

BP şirkətində işləyən ilk azərbaycanlılardan biri, yerli və xarici jurnallarda dərc olunmuş 50-dən çox məqalənin, “Bu yalnız başlanğıcdır” və “Biz Azərbaycanı sevirik” sənədli filmlərinin müəllifi, Qarabağ müharibəsi veteranı... Bunlar Qivami Rəhimlinin çoxşaxəli fəaliyyətindən müəyyən ştrixlərdir və bu siyahını daha da genişləndirmək olar.

AZƏRTAC xəbər verir ki, bu günlərdə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” Sərəncamına əsasən “Tərəqqi” medalına layiq görülənlər sırasında Qivami Rəhimli də var.

Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu 1976-cı ildə fərqlənmə diplomu ilə bitirən, Moskvada namizədlik dissertasiyası müdafiə edən Qivami Rəhimli biliyi və bacarığı, təcrübəsi, ictimai fəallığı ilə hər zaman seçilib. O, 1984-cü ildən Bakı Dövlət Universitetində işləməyə başlayıb, beynəlxalq münasibətlər və hüquq fakültələrində “Çoxtərəfli və regional diplomatiya”, “Enerji təhlükəsizliyi” fənlərindən dərs deyir.

1994-cü ildə Oslo Universitetində sülh araşdırmaları kursunda tədqiqat aparan Qivami Rəhimli “Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda beynəlxalq tədqiqat qrupu yaradıb və Azərbaycanın mövqeyini Qərb ictimaiyyətinə çatdırmaq üçün fəal iş aparıb.

O, 1995-ci ildən “Əsrin müqaviləsi”ni həyata keçirən BP Azərbaycan şirkətində çalışan ilk azərbaycanlı mütəxəssislərdəndir. Şirkətin ölkəmizlə əlaqələrinin möhkəmləndirilməsində, Azərbaycana gələn rəsmi şəxslər üçün dövlətimizin neft strategiyası, BP şirkətinin regionda fəaliyyəti barədə təqdimatlar keçirilməsində, “dəyirmi masa” arxasında diskussiyalar aparılmasında üzərinə düşən işlərin öhdəsindən bacarıqla gəlir.

Eyni zamanda, fəal ictimaiyyətçi olan Qivami Rəhimli hələ müstəqilliyimizin ilk illərində Azərbaycan-Norveç Dostluq Cəmiyyətinə rəhbərlik edərək ölkəmizi dünyaya tanıtmaq üçün böyük səylər göstərib. Ümummilli lider Heydər Əliyev 1996-cı ildə Qərbi Avropaya səfəri zamanı Skandinaviya ölkələrində Azərbaycan diasporu ilə görüş təşkil etmək məqsədilə Qivami Rəhimlini dövlət nümayəndə heyətinə daxil etmiş və Norveçdə keçirilən görüş zamanı onun fəaliyyətini yüksək qiymətləndirmişdi. Onun müəllifi olduğu “Bu yalnız başlanğıcdır” və “Biz Azərbaycanı sevirik” adlı sənədli filmləri Ulu Öndərin Norveç Krallığına səfərindən və Azərbaycan-Norveç əlaqələrindən bəhs edir. Qivami Rəhimli, həmçinin 10-dək sənədli filmin yaradıcı heyətində yer alıb. Bu sıradan “Su altında od – Xəzər nefti və qazı dünya bazarlarına necə yol tapır”, “Qədim nəğmə, gənc səslər” filmlərini qeyd etmək olar.

O, “National Geographic” jurnalının dünya şöhrətli fotoqrafı Reza Deqatini BP Azərbaycan şirkətinin mədəniyyət elçisi kimi 2014-cü ildə Böyük Britaniyanın Lordlar palatasında “UK-Azerbaijan Economic Cooperation” və ABŞ Konqresində “US-Azerbaijan Convention: Vision for Future” tədbirlərinə cəlb edib, ölkəmizin tolerant və multikultural mühitinə dair onun sərgilərinin təşkilinə nail olub.

Qivami Rəhimlinin imzası “Visions of Azerbaijan”, “İRS”, “Azerbaijan Today”, “Azeri Observer” jurnallarında, AZƏRTAC-da, yerli və xarici mətbuatda tez-tez görünür. Onun Azərbaycanın mədəni, ictimai və iqtisadi həyatı barədə məqalə və müsahibələri beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır.

Qarabağ müharibəsi veteranı olan Qivami Rəhimli mədəniyyət sahəsində reallaşdırdığı layihələrə görə “Humay” mükafatına, elmi-ictimai fəaliyyətinə görə isə Təhsil Nazirliyinin “Fəxri fərmanı”na layiq görülüb.