Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Bakıda səfərdə olan Avstriya Respublikasının vitse-kansleri, dövlət qulluğu və idman üzrə federal naziri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə nəqliyyat və telekommunikasiya sahəsində əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Ramin Quluzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin Azərbaycanın mühüm əhəmiyyətli nəqliyyat qovşağına çevrilməsinə, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqinin genişləndirilməsinə və bu istiqamətlər üzrə beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə səbəb olduğunu vurğulayıb.

Azərbaycanın bir çox beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu qeyd edən nazir ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Görüş zamanı nəqliyyat, innovasiyalar və texnologiyalar sektorunda investisiyaların və birgə müəssisələrin təşviqi, eləcə də innovasiya proqramlarının tətbiqi üzrə təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, ölkələrimiz arasında müvafiq sahələrdə əlaqələri intensivləşdirmək və birgə layihələrin icrası məqsədilə işçi qrupunun yaradılmasının vacibliyi vurğulanıb.

Həmçinin sözügedən qurumlar arasında yüksək texnologiyalar və innovasiyalar sahələrində seminarlar və təlimlərin təşkili, bu prosesə hər iki ölkənin ekspert və tədqiqatçılarının cəlb edilməsinə dair də fikir mübadiləsi aparılıb.

Ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edən Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe bildirib ki, bütün sahələrdə Avstriya-Azərbaycan əlaqələrini daha da genişləndirmək üçün əlverişli şərait mövcuddur. Vitse-kansler iki ölkə rəsmiləri arasında sıx münasibətlərin ölkələrarası əlaqələrin inkişafına xidmət etdiyini qeyd edib.

Sonda “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avstriya Respublikası Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyi arasında Niyyət Memorandumu” imzalanıb.

Memorandumu Azərbaycan Respublikası adından nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Avstriya Respublikası adından Federal vitse-kansler, dövlət qulluğu və idman üzrə federal naziri Haynts-Kristian Ştraxe imzalayıblar.